vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
10:23 | 3 iyul 2013 | Çərşənbə Məqaləyə 2469 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

29 nəfər hakim qarşısında

Terrorçuluqda suçlananların məhkəməsi başladı

E.MƏMMƏDƏLİYEV, musavat.com

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision 2012" mahnı yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin polkovnikini öldürməkdə, prezidentə sui-qəsdə hazırlıqda və digər ağır cinayətlərdə ittiham olunan 29 nəfərin işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Mətbuat nümayəndələri heç bir izahat verilmədən iclasın keçirildiyi zala buraxılmayıblar. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə qarşısına MTN-in keçirdiyi antiterror əməliyyatı nəticəsində həbs edilən Samir Saniyev və onun rəhbərlik etdiyi 28 nəfərdən ibarət mütəşəkkil dəstə çıxarılıb. Hazırlıq iclasında S.Saniyevin vəkili vəsatətlə çıxış edib.

O, Samir Saniyevə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin bəndlərinin ittihamdan xaric edilməsini istəyib. Vəsatət təmin olunmayıb. Proses iyulun 9-u keçiriləcək.
İttihama görə, beynəlxalq terrorçu şəbəkə tərəfindən Azərbaycanda terror aktlarının törədilməsi üçün Vüqar Padarovla eyni dərəcədə səlahiyyət verilərək “əmir” təyin edilən “Əbu Ubeydə” ləqəbli S. Saniyev cinayətkar şəbəkə yaradıb.
Həmin şəbəkə “Eurovision 2012" mahnı yarışması ərəfəsində Bakıda və regionlarda terror planları həyata keçirməyi planlaşdırıblar.
İstintaqla müəyyən edilib ki, 2011-ci ilin fevralında Dağıstanın Kadar kəndi yaxınlığında “Dağıstan əmirlərinin şurası”nda Azərbaycanda silahlı cihadın edilməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə V.Padarov və E.Nurəliyevlə yanaşı, S.Saniyev də iştirak edib.
Sonda Əmirlər Şurası V.Padarova, S. Saniyevə və E.Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul veriblər. “Dağıstan cəbhəsinin əmiri” “Saleh” ləqəbli İbrahimxəlil Daudov yaradılmış yeni silahlı birləşməyə “Busra” ləqəbli Vüqar Padarovu “əmir” təyin edib və bu barədə videogörüntülü müraciət sonuncunun mobil telefonunun yaddaşına yazılıb.
V.Padarov, S.Saniyev və E.Nurəliyev ötən ilin iyulunda silah-sursatla Azərbaycan dövlət sərhədini Qusar rayonu istiqamətində qanunsuz keçiblər. Azərbaycanda silsilə terror aksiyalarının keçirilməsi məqsədilə bu 3 nəfər daim təlimatlandırılıb. V.Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri aprel ayının əvvəlində prezident İlham Əliyevin şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı prezidentə qarşı terror aktı həyata keçirməli, hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməli, bu strukturların əməkdaşlarını öldürməli və inzibati binalarda olan silah-sursat ələ keçirməli idi. Eyni zamanda bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi.
E.Nurəliyev isə V. Padarovla əlaqəli şəkildə Bakı şəhərində qeyd olunan terror aksiyalarının törədilməsi məqsədilə zəruri məlumatların əldə edilməsi üçün kəşfiyyat işləri aparmalı, hücum hədəflərinin, o cümlədən bir sıra dövlət orqanlarının yerləşdikləri ərazilərin sxemlərini, iş rejimini, xidməti personalının sayını, snayper mövqelərini və digər faktorları müəyyənləşdirməli idi.
Bundan başqa, müəyyən edilib ki, S. Saniyev silahlı qrupun üzvləri ilə birlikdə Bakıda əcnəbilərin daha çox olduqları və ya qaldıqları yerlərdə, o cümlədən “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda partlayışlar törətməliymiş. “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi zaman “Baku Crystal Hall”da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətmək planlaşdırılıb.
İstintaqın gəldiyi nəticəyə görə, Timur Hüseynov isə “Baku Crystal Hall”a daxil olmalı və özlərinin xüsusi hazırladıqları, mütəxəssislərin “şok bombası” kimi tanınan partlayıcını işə salmalı və nəticədə tamaşaçılar arasında tələfata və xəsarətlərə hesablanan kütləvi basırığa nail olmalı idi. Eyni vaxtda mehmanxanaların qarşısında saxlanılan avtomaşınlardakı partlayıcı maddələr məsafədən işə salınmaqla böyük dağıntılarla müşayiət olunan partlayışlar törədilməli idi. Eyni üsulla partlayıcı maddələr yerləşdirilən daha bir avtomaşının Bayıl qəsəbəsinin Bayraq meydanına yaxın yaşayış binalarından birinin həyətində partladılması da nəzərdə tutulubmuş.
MTN-in keçirdiyi əməliyyat nəticəsində Elmir Nurəliyev, Faiq Sultanov, Əmir Muradov, Ağasadıq Əliyev, Nəriman Abbasoğlu, Aydın Həsənov, Arif Həsənov, Bəhruz Lələyev, Rəşad Aşurov, Məcid Aşurov, Mehdi Padarov, Nəsrullah Yunusov, Rauf Əfəndiyev, Elmir Həmidov, Məmməd Məmmədov, Ruslan Allahverdiyev, Faiq Süleymanov, Teymur Qaracayev və Mahmud Lələyev həbs ediliblər.
Dəstə başçısı V. Padarovu və onunla birlikdə gizlənən digərlərinin tərk-silah olunması üzrə keçirilən antiterror əməliyyatı zamanı həmin şəxslər MTN-in xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəşlər açıb və əl qumbarası atıblar. Əməliyyat Gəncə şəhərində keçirilib. Silahlı müqavimət göstərən V. Padarov məhv edilib, F.Sultanov və Ə.Muradov isə tutulub.
Silahlı atışma zamanı MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, polkovnik-leytenant Elşad Quliyev həlak olub, nazirliyin xəsarət alan digər 3 əməkdaşı isə Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib. Ümumiyyətlə, keçirilən əməliyyatlar nəticəsində Bakıda və Qazax rayonunda da hüquq-mühafizə orqanlarının 10-a yaxın əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, bu günə kimi “Eurovision 2012" ərəfəsində Azərbaycanda terror aktı törətməkdə ittiham olunan 3 mütəşəkkil dəstədə cəmləşən ümumilikdə 29 nəfərə hökm oxunub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində ”Eurovision" müsabiqəsinə etiraz etməkdə ittiham olunan “Azad Xəbər” internet qəzetinin baş redaktoru Nicat Əliyev, Elvin Nəzərov, Ceyhun Səfərli, Qorxmaz Camalov, Samir Hüseynov, Emin Tofiqi, Temirxan Hüseynov, Əli Əliyev, Səfər Məmmədov, Valeh Abdullayevin cinayət işi üzrə araşdırma davam etdirilir. MTN-də daha bir neçə qrupun cinayət işi üzrə istintaq araşdırması davam etdirilir.