

İsrail Kasperskini sındırdı və ABŞ-a xəbərdarlıq etdi
Qərbin qarşılıqlı casus ittihamları dərinləşir
«Avropalılar Milli Təhlükəsizlik Agentliyi ilə münasibətləri korlamaq istəmirlər»: bunu «eunews.az»-a «Suddeutsch Zeitung» qəzetinin xarici siyasət üzrə eksperti Hubert Vetsel deyib.
Ötən həftə keçmiş xəfiyyə Eduard Snouden Avropa Şurasında verdiyi video-konfrans zamanı bildirib ki, o, 20-dən çox ölkədən, o cümlədən Avropa İttifaqı ölkələrindən siyasi sığınacaq istəyib və rədd cavabı alıb. Bu, onu göstərmirmi ki, avropalılar və amerikalılar kütləvi dinləmələr məsələsində həmrəydirlər?
Təbii ki, Britaniya xüsusi xidmət orqanları, kontinental Avropa ölkələrinin xüsusi xidmət orqanları Milli Təhlükəsizlik Agentliyi ilə daima əməkdaşlıq edirlər. Eduard Snoudenə siyasi sığınacaq verilməməsinin də səbəbi odur ki, heç bir Avropa ölkəsi Milli Təhlükəsizlik Agentliyi ilə problem yaşamaq istəmir, çünki agentlik həddən artıq çox şey bilir. Xüsusi xidmət orqanlarının mövcudluğunun yeganə səbəbi aid olduğu ölkənin qorunmasıdır. Avropa ölkələrinin nöqteyi-nəzərindən, dünyanın ən böyük informasiya toplayıcısı ilə kanalı bağlanarsa, bunun çox acı nəticələri ola bilər. Odur ki, Snoudenə siyasi sığınacaq verməklə hesablamada səhvə yola verə biləcəklərini düşünürlər. Etibarın olmamasından çox danışılır, amma avropalılar Milli Təhlükəsizlik Agentliyi ilə münasibətləri korlamaq istəmirlər.