

Pekinin rəqibləri okean məlumatlarının hərbi texnologiyalar üçün istifadə ediləcəyindən narahatdır
Pezeşkiandan Trampa: “Danışıq olmayacaq”
Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
Brüsseldə bağlanan Audi zavodunun taleyi müzakirə olunur
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Almaniyanın Bonn şəhərində keçirilən Qlobal Mətbuat Forumunda ABŞ və Almaniya arasında Trans-Atlantik münasibətləri müzakirə mövzusu idi. Konfransda ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi izləmə fəaliyyəti və yaranan qalmaqalın Almaniya-ABŞ münasibətlərinə vurduğu ziyan müzakirə olunub.
«Almaniyada ABŞ haqqında əsasən müsbət fikirlər var», – «RTL» televiziyasının baş redaktoru Peter Kloeppel deyib. Onun sözlərinə görə, NSA-nın məxfi izləmələrinin ifşası hər iki ölkənin münasibətlərinə əsaslı surətdə təsir göstərməməlidir. Buna baxmayaraq, bunun mənfi təsirləri də ola bilər. «Aydın məsələdir ki, məxfilik və şəxsi məlumatların təhlükəsizliyi məsələsinə münasibət dəyişəcək», - o deyib.
NSA qalmaqalları iqtisadiyyatda mənfi izlər buraxdı. Yaxın gələcəkdə imzalanması nəzərdə tutulan müxtəlif müqavilələrin - ABŞ-la Aİ arasında Azad Ticarət Müqaviləsinin (FTA) imzalanması məsələsini sual altında qoydu. Bununla da, Trans-Atlantik münasibətlər bir az sarsıldı.
«Danışıqlar çətinləşib. Bu isə Trans-Atlantik münasibətlərdə inamsızlığın artmasını göstərir», - «Deutsche Welle» agentliyinin müxbiri Melinda Krane deyib. «Azad Ticarət Müqaviləsi (FTA) əhali və biznes cəmiyyəti üçün, iş yerlərinin yaradılması üçün yaxşıdır. Ona görə də NSA qalmaqalları bunlara təsir göstərməməlidir», - Almaniyanın Aspen institutunun direktoru Rudiger Lentts deyib.
Konfransda həmçinin Trans-Atlantik əməkdaşların Suriyada vətəndaş müharibəsi, Əfqanıstandan qüvvələrin geri çəkilməsi kimi beynəlxalq çağırışlarının həlli yolları müzakirə olunub. İştirakçılar Asiyadakı problemlərin həlli baxımından, ABŞ və Avropa arasında ciddi əməkdaşlığın əhəmiyyətindən söz açıblar. Təəssüf ki, Şərqdə, xüsusən Ukrayna məsələlərinə görə Rusiyada anti-amerikanizmin səviyyəsi güclüdür.
Böyük qalmaqalların üstünü açdığına görə müzakirələrdə Trans-Atlantik münasibətlərin əhəmiyyətini insanlara çatdıran mətbuatın əhəmiyyəti də vurğulanıb. «Deutche Welle» agentliyinin Amerikadakı rolunun əhəmiyyəti qeyd olunub. Müzakirələrin bir hissəsi informasiya təhlükəsizliyi və Snoudenə həsr olunub. Hazırkı mətbuatda 2 əsas problemin olduğu bildirilib: Birincisi, jurnalistlər dəqiq faktlar təqdim etməli, hökumətə daha az şəxsi məsləhət verməlidir. İkincisi isə heç kəs Snoudenin təqdim etdiyi informasiya mənbələrindən əmin ola bilməz. Ona görə də bunlar müzakirələr üçün əsas olmamalıdır.
Bundan əlavə, jurnalist Hubert Vettsel bildirib ki, almanlar RAF (Qırmızı Ordu Fraksiyası) terrorunu və həmin vaxt təhlükəsizlik sisteminin nə qədər nəzarətdə olduğunu unutmamalıdırlar. Həmçinin 11 sentyabr hücumlarından sonra ABŞ-ın anti-terror tədbirlərini gücləndirməsi də nəzərə alınmalıdır. Almaniya nümayəndələri isə bildiriblər ki, hazırda bunlar bəhanə ola bilməz.
Konfransın sonunda iştirakçılar belə nəticəyə gəliblər ki, məxfi izləmə qalmaqalına baxmayaraq, Avropa hələ də ABŞ-ın ən mühüm strateji əməkdaşıdır. Dünya bazarında aparıcı rol oynayan Almaniya ABŞ-la möhkəm əməkdaşlığa hazırdır. Başqa sözlə, şəxsi məlumatların təhlükəsizliyi və azad ticarətlə bağlı çox mürəkkəb dilemmalara və həll olunmamış məsələlərə baxmayaraq, Vaşinqtonla Berlin arasında problemlər danışıqlar və ikitərəfli razılıqla həll olunmalıdır.