Ermənistan yeni AES tikəcək
Rusiyadan 300 milyon dollar kredit alınması ilə bağlı danışıqlar aparılır
Səbinə HƏSƏNOVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
8 ildən sonra razılıq
Cənubi Koreya iki yeni nüvə reaktorunun tikintisinə icazə verib
-
3 dəfə təxirə salınmışdı
Fukusima Atom Elektrik Stansiyasında nüvə tullantılarının çıxarılmasına başlanılıb
-
AES-lə bağlı üçüncü referendum
İtaliya nüvə enerjisinə qayıtmağı müzakirə edir
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
İsveçrə nüvə qadağasından geri çəkilir
Ekoloqlar narahatdır: “Yeni AES enerji təchizatında üçüncü ölkələrdən asılılığımızdan xilas etməyəcək”
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Çin 11 yeni nüvə reaktoru tikəcək
Dünya lideri olmaq üçün daha 36-sı lazımdır
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
Bu arada, Ermənistandakı «Metsamor» Atom Elektrik Stansiyası sentyabr ayında təmirə dayanacaq. AzVision.az erməni mətbuatına istinadla xəbər verir ki, təmir müddəti 45 gün davam edəcək. Bu müddət ərzində AES yeni nüvə yanacağı ilə təmin olunacaq, bununla yanaşı profilaftik tədbirlər görüləcək, təhlükəsizlik tədbirləri gücləndiriləcək, deyə Ermənistanın Enerji Nazirliyi bəyanat yayıb.
Bu arada, Ermənistanın enerji naziri Yervand Zaxaryanın sözlərinə görə, AES-in xidmət müddətinin uzadılması ilə bağlı Rusiyadan 300 milyon dollar kredit alınması ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir.
Hazırda Ermənistanda daha bir AES-in tikilməsi üçün kredit ayırması ilə bağlı Rusiya ilə danışıqlar aparılır. Zaxaryanın sözlərinə görə, yeni stansiyanın inşasına 4.5 milyard dollar lazımdır. Bu vəsaitin yarısının Rusiya tərəfindən mal və avadanlıq qismində, qalanının isə digər ölkələrdən alınacaq maliyyə yardımı vasitəsi ilə ödəniləcəyi gözlənilir.
Qeyd edək ki, Ermənistandakı «Metsamor» Atom Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir. Ermənistanın paytaxtı İrəvandan təxminən 40 kilometr qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə - 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismara verilmişdir. 1998-ci ildə Ermənistanda baş vermiş zəlzələnin mərkəzi «Metsamor» stansiyasından 75 kilometr aralıda idi. O zaman Sovet hakimiyyəti təhlükəsizlik sarıdan narahatlığa görə bu stansiyanın fəaliyyətini dayandırmışdı. Amma 1995-ci ildə ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, stansiyanın işini bərpa etdi. Stansiyanın keçmiş baş direktoru Suren Azatyan müsahibələrindən birində hələ də «Metsamor»dan radioaktiv maddələr sızmadığına əmin olmadığını bildirmişdi. 1995-ci ildə Avropa və ABŞ tərəfindən «Metsamor» stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar vəsait xərclənib. Bununla belə, Avropa İttifaqı bu stansiyanı köhnə və az etibarlı olaraq qiymətləndirib.