vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ELM-TƏHSİL, DİN  
13:25 | 15 iyul 2013 | Bazar ertəsi Məqaləyə 1921 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Virus var, özünüzü qoruyun!”

Azərbaycanlı zəvvarlara xəbərdarlıq edildi

Anar RÜSTƏMOV, modern.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi həcc ziyarəti ilə bağlı müsəlman ölkələrinə xəbərdarlıq göndərib. Modern.az-ınməlumatına görə, Səudiyyə rəsmiləri yaşlı zəvvarların və səhhətində xroniki xəstəliklər olan insanları həcc ziyarətini təxirə salmağa çağırıb.

Nazirlik rəsmiləri həmçinin zəvvarların gigiyena qaydalarına əməl etməsini, öskürərkən ağızlarını bağlamasını və insanların çox olduğu yerlərdə qoruyucu maskalardan istifadə etməsini məsləhət görüblər.
Bildirilib ki, son günlər Səudiyyə Ərəbistanında “korona” adlı yeni virus yayılıb. Virusdan 39 nəfər dünyasını dəyişib.
Rəsmilər zəvvarları bu virusdan mümkün qədər qorunmağa çağırıb.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsindən rəsmi açıqlamasına görə, bu il Azərbaycandan həcc ziyarətinə 1400 zəvvarın gedəcəyi gözlənilir. Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar üçün avtobuslarla səfər edə bilməyəcəklər. Azərbaycanlı zəvvarlar üçün ümumi ziyarət xərci 3200-4100 manat arası nəzərdə tutulub.