“AXC-nin bəzi şöbələrinin başında DTK dururdu”
Zərdüşt Əlizadə: “Proqramda SSRİ-nin dağıdılması nəzərdə tutulmurdu”
Aqşin KƏRİMOV, modern.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Azadlıq Azmanı
Milli istiqlalımızın ilkinə bənzərsiz ictimai-siyasi çabalarıyla nail olmuş, bərpasınasa mənəvi-məfkurəvi ideyaları ilə zəmin yaratmış Məhəmməd Əmin...
-
“AXC Fələstindəki yəhudiləri dəstəkləyib”
Yəhudi tədqiqatçıdan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı maraqlı açıqlamalar
-
Mistik çalarlara ehtiyac yoxdur
Rəsulzadə regionun ən proqressiv, ən demokrat müsəlman lideri idi
-
Hamımızın adından - Rəsulzadəyə!
Məhəmməd Əminin həzzi (dərdi) və xalqı haqda
-
“Ona qayıtmalı olacaqsan”
“M.Ə.Rəsulzadə söhbəti”nin yenidən güclənməsi təsadüfi deyil
-
Sən bizimsən, bizimsən ...
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür
-
“Cavad xan mövzusu sanki taleyimə çevrildi...”
Akademik Opera və Balet Teatrında Sərdar Fərəcovun "Cavad xan" baletinin premyerası olacaq
-
“Cümhuriyyətin yaranması regionda dönüş nöqtəsi olub”
İsrail lideri İlham Əliyevə məktub göndərdi
-
“İslam dünyasında ilk dünyəvi, parlamentli respublika”
“The Jerusalem Post”: “Azərbaycan Xalq Cümhuriyyəti milli azadlıq hərəkatı tarixində dərin və silinməz izlər qoydu”
-
23 ayda 100 ilə bərabər müstəqillik
Yaşasın Cümhuriyyət!
-
Tarixə şikəst düşüncə ilə baxanlar
… Yaxud İranın dəyişməyən və görünür heç vaxt da dəyişməyəcək davranışları
-
«Aysberqin görünən hissəsi»
Azərbaycan diaspora təşkilatı niyə ləğv edildi?
-
«Onun öz seçimidir»
Zərdüşt Əlizadə: «Arif Rəhimzadənin özünü türk hesab etməmək hüququ var»
-
«Qan qardaşıyla birləşə bilməyən adam...»
Mirəlioğlu: «Zərdüşt Əlizadə ömründə birinci dəfə idi ki, türk olduğunu etiraf edirdi»
-
Zərdüştün iman çalmağı
Əlizadənin Elçibəyi miliyyətcə kürd adlandırması kin-küdurətin kulminasiyasıdır
-
«Ayaz Mütəllibov, bəs sən hara baxırdın?!»
Etibar Məmmədov: «Vaqif Hüseynovu Azərbaycan xalqının düşməni elan edərdim»
Modern.az AXC-nin yaradıcılarından olan, təşkilatın proqram və nizamnaməsinin müəllifi, İdarə Heyətinin ilk üzvlərindən olan politoloq Zərdüşt Əlizadədən müsahibə götürüb.
- AXC-nin ilkin missiyası ilə sonrakı fəaliyyəti arasındakı təzadlar barədə kifayət qədər təhlili analizlər verilib. Sizcə, bu cür ziddiyyətli məqamların özünün büruzə verməsinin mahiyyətində nələr dayanır?
- AXC-nin ilk məramnaməsi mahiyyətcə sosialist proqramı idi. Bununla yanaşı insan hüquqları, çoxpartiyalılıq, xüsusi mülkiyyətin qorunması məsələləri də öz əksini tapmışdı. AXC-nin ilk proqramında SSRİ-nin dağıdılması nəzərdə tutulmurdu. Əslində SSRİ-ni hakim zümrələr dağıtdılar. O zaman cəmiyyət azadlıq, demokratiya, yeniliyə böyük ümidlər bəsləyirdi. Lakin həm Qorbaçovun ətrafı, həm KQB, həm də hərəkatdan faydalanmağa çalışan nomenklatura mafiyası AXC-ni bir dəyənək kimi ələ keçirdi. Hakimiyyət uğrunda mübarizədə AXC dəyənəyə çevrildi. AXC-nin sonrakı fəaliyyəti də buna bariz nümunədir. Məsələn, 1989-cu ilin payızındakı aksiyaları misal çəkə bilərəm. Sərhədlərin pozulması, birinci katiblərin devrilməsi, milli talanlar AXC-nin proqramında yox idi. Bunlar hamısı Əbülfəz Elçibəyin ətrafındakı dəstənin fəaliyyətinin nəticəsi idi. Bu cür hərəkətlər təbii ki, sifariş idi. Məqsəd Bakı neftini əlaə keçirmək idi və buna nail də oldular.
- Dediklərinizdən bu qənaətə gəlmək olarmı ki, AXC-nin nəzərdə tutduğu ideyalar tam şəkildə özünü doğrulda bilmədi?
- Bəli. Ona görə ki, biz Qarabağı qorumaq, hakimiyyəti xalqa vermək üçün yaranmışdıq. Müstəqilliyə gəlincə, o tam nisbi bir anlayışdır. Azərbaycanın indiki müstəqilliyi ilə SSRİ zamanındakı müstəqilliyi arasında mahiyyətcə heç bir fərq yoxdur. İqtisadi, siyasi sahədə istənilən ciddi addım yalnız böyük dövlətlərin razılığı həyata keçirilir.
- AXC böyük bir xalq hərəkatı yarada bildi. Bu hərəkatda müxtəlif sosial təbəqələr təmsil olunurdu. Hətta fəhlələr də...
- Müxtəlif siyasi texnologiyalar var. Kifayət qədər bacarıqlı, təcrübəli təşkilatlar kütləyə müxtəlif fənd, nağıl, əsatir, qorxu və s. ilə təsir etmə imkanına malikdir. Azərbaycan xalqının həmin vaxt siyasi təcrübəsi çox aşağı idi. Gəlin özümüzü aldatmayaq. Xalq kommunist idarəetməsində siyasi praktikaya malik ola bilməzdi. Belə bir kütləni aldatmaq, oynatmaq, ardı ilə aparmaq çox asan idi. Əyyaşlar və fırıldaqlar bunu yaxşı bacardılar. Vətənpərvər ziyalıların arxası ilə isə kütlə getmədi.
- AXC idarə heyətinin üzvləri əlaqələriniz varmı?
- Xeyr. 1990-cı ilin 20 Yanvarından sonra AXC-ni tərk edəndən sonra həmin şəxslərlə heç bir əlaqə saxlamıram.
- Keçmiş prezident Ayaz Mütəllibov bildirib ki, AXC-ni DTK yaradıb.AXC idarə heyətinin ilk üzvlərinin bəziləri məsələyə kəskin reaksiya veriblər. Siz nə düşünürsüz?
- Ayaz Mütəllibov məsələyə bir qədər səthi yanaşıb. Bəli, AXC-nin bəzi şöbələrinin başında DTK dururdu. Digərlərinin başında alimlər dayanırdı. DTK gördü ki, AXC-nin böyük bir dağıdıcı potensialı var. Buna görə də təşkilatı ələ keçirdi.