
5 illik üzvlükdə nə qazandıq?
Məsləhət olmasaydı Heydər Əliyev KTMT-dən çıxmazdı…
Məsləhət olmasaydı Heydər Əliyev KTMT-dən çıxmazdı…
Azərbaycan diaspora təşkilatı niyə ləğv edildi?
Mirəlioğlu: «Zərdüşt Əlizadə ömründə birinci dəfə idi ki, türk olduğunu etiraf edirdi»
Əlizadənin Elçibəyi miliyyətcə kürd adlandırması kin-küdurətin kulminasiyasıdır
«20 Yanvar»dan sonra bütün partokratlar hakimiyyətə can atırdı
Dünya müxalifəti böhran vəziyyətindədir...
Zərdüşt Əlizadə: «Onlar da bunu nəzərə almasalar, özləri də itirəcəklər»
Araz Əlizadə: «İsa Qəmbər Xocalı faciəsini öz karyerasına qurban verdi»
Zərdüşt Əlizadə: «Xalq onlardan bezib»
“Proqramda SSRİ-nin dağıdılması nəzərdə tutulmurdu”
“Proqramda SSRİ-nin dağıdılması nəzərdə tutulmurdu”
Hər bir insan hansı millətə aid olduğuna özü qərar verir və bu nöqteyi-nəzərdən Arif Rəhimzadə özünü türk hesab etməyə bilər. Virtualaz.org bildirir ki, bunu Azərbaycan deputatı Arif Rəhimzadənin Rusiya KİV-inə müsahibəsini şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib.
Xatırladaq ki, A.Rəhimzadənin həmin müsahibəsindəki «Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, amma azərbaycanlılar türk deyil» fikri Azərbaycan sosial şəbəkələrində hiddət dalğası doğurub.
Z.Əlizadənin sözlərinə görə, İsveçdə və ya Norveçdə qaradərili insanlarla qarşılamaq olar, hansılar ki, Afrika köklərini unudub, özlərini isveçli adlandırırlar.
«İnsanın özünü hansı millətə aid etməsi onun öz seçimidir. Məsələn, mənim valideynlərim, bütün əcdadlarım, özlərini türk hesab edirdilər, amma mən özümü azərbaycanlı hesab edirəm və öz millətimlə fəxr edirəm. Bəli, mən də mədəni, iqtisadi planda türk birliyini dəstəkləyirəm, amma mən etnik millətçiliyə qarşıyam: istər türk, istərsə də alman millətçiliyi olsun. Buna görə Arif Rəhimzadənin bu məsələdə öz fikri ola bilər. Əvvəl-axır hər bir insan özünü kim hesab etdiyini özü seçir», - deyə Z.Əlizadə vurğulayıb.