vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜSAHİB  
15:33 | 6 avqust 2014 | Çərşənbə Məqaləyə 3617 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nazir erməni səngərini dağıtmağa qoymadı»

Əfsanəvi döyüşçü: «Səfər Əbiyevin həmin səhvi indi camaatın başına bəla olub»

MÖVZU İLƏ ƏLAQƏLİ

Tovuzun əfsanəvi döyüşçülərindən biri - özünümüdafiə batalyonunun komandiri olmuş Etibar Əmiraslanov son günlərdə cəbhədə baş verən hadisələrə münasibət bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın partizan dəstələrinə ehtiyacı var: «Cavanlardan könüllü batalyonlar, partizan dəstələri yaratmaq lazımdır. Kəşfiyyatçılarımız, partizanlar daima ermənilərin içində olmalıdır. Ermənilərdə qorxu yaratmaq lazımdır, onlar təlaş içindədirlər və bu təlaş daha da artmalıdır. Onların körpülərini, evlərini dağıda bilərik. Bizim uşaqlıq illərimiz o torpaqlarda keçib, biz orda böyümüşük. Ona görə də mən oranı, həmin əraziləri yaxşı tanıyıram».


«40 qəpik maaş alırdım»


Keçmiş komandir 90-ci illərin əvvəlində vəziyyətin indiki kimi olmadığını, çox çətin durumda döyüşdüklərini bildirib:

«Mən könüllü özünümüdafiə batalyonunun komandiri olmuşam. O vaxtlar biz 2 min (indiki 40 qəpik) maaş alırdıq. Məndən yüksək rütbədə olanlar o vaxt 5-6 min (1,20 qəp) alırdı. Deyirdilər, sənin rütbən yoxdur. Ona görə də mən 2 min alırdım. Mən əvvəllər rütbə almamışam. Sonradan rütbə verəndə baş leytenant olmuşam».


«Səfər Əbiyev imkan vermədi»


Əfsanəvi döyüşçü həmin dövrlərdən danışarkən keçmiş Müdafiə naziri Səfər Əbiyevə təkliflər verdiyini, lakin etirazla qarşılandığını bildirdi:

«Atəşkəs elan olunduqdan sonra da ermənilər bundan istifadə edirdi. Onlar 1 kilometrdən bizi atəşə tuturdu. İndi də Tovuzun Əlibəyli kəndi onun zülmünü çəkir. Onlar gəlib bizim 50 metrliyimizdə səngər qazırdı. Mən onlardan bir-ikisini vurub dağıtdım. Sonradan bu, Səfər Əbiyevin xətrinə dəydi. Ona dedim ki, gəlib sənin qarşında səngər qazırlar, vuraq-dağıdaq, geri çəkilsinlər. O isə dedi ki, necə yəni? Atəşkəs elan olunub. Ora onların ərazisidir, harada istəsələr, səngər qaza bilərlər. Elə mənim ordudan uzaqlaşmağımın səbəblərindən biri də bu idi. İndi də həmin səngərlərdir ki, camaatın başına bəla olub».


«Ermənini saçından tutub, gətirmişəm»


Keçmiş komandirin sözlərinə görə, yerli camaat köhnə döyüşçüləri tələb edir: «Məni hirs boğur. Ermənilər bütün məzarlarımızın daşlarını çilik-çilik ediblər. Orada mənim valideynlərim uyuyur. Bu dəqiqə partizanlara böyük ehtiyac var. Partizanlar da ancaq düşmənin içərisində işləməlidir. Başqa cür mümkün deyil. Dəfələrlə olub ki, səngərlərinə girib ermənini saçından tutub gətirmişəm. Mən onları öz səngərlərində tuturdum. Onlar vahimə içərisində yaşamalıdırlar».


«Desələr, 1500 könüllü ilə gedərəm»


«Müharibə elan olunsa, min beş yüz nəfər adam yığa bilərəm. Onlar işğal altında olan torpaqları qarış-qarış tanıyır. Ermənini səngərində öldürən oğullarla gedərəm döyüşə».