
Köşə yazarlığın sonu?
“LA Times”da dərc olunan müəllif yazısı başqa məqalə ilə süni intellekt tərəfindən şərh edilib
“LA Times”da dərc olunan müəllif yazısı başqa məqalə ilə süni intellekt tərəfindən şərh edilib
Fırıldaqçı brokerlər almaniyalı ağsaqqalın bank kartını boşaldıb
Sığorta şirkətləri narahatdır – oğurluq sayı deyil dəyən ziyan artıb
DİN-in açıqladığı statistika acınacaqlıdır
Şirkətin içərisində 70 min manat olan çantası aparılıb
Xeyli pul və qızıl aparıldı
Milli Məclis jurnalistləri sakitliyə çağırdı
Avqustun 15-dən 16-na keçən gecə jurnalist, Modern.azsaytının əməkdaşı Elmin Nurinin ailəsinin evində oğurluq hadisəsi baş verib.
Qeyd edək ki, hadisə baş verən zaman Nurizadələr ailəsi oğluna şadlıq sarayında toy mərasimi keçirirmiş. Ailə üzvlərinin evdə olmamasından istifadə edən oğrular pəncərəni sökməklə evə daxil olublar.
Toydan evə dönən ailə üzücü mənzərə ilə rastlaşıb. Dərhal 102 xidmətinə zəng edilib və polislə aparılan araşdırmada məlum olub ki, başı toya qarışan ailənin evindən 3700 ABŞ dolları məbləğində pul və qızıl-zinət əşyaları oğurlanıb.
Maraqlıdır ki, oğrular evdə olan iki noutbuk və digər bahalı əşyalara toxunmayıb.
Məlumatı Modern.az-a zərərçəkmiş jurnalistin özü verib.