vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 25 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
PROBLEM  
15:23 | 16 avqust 2014 | Şənbə Məqaləyə 1718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət Komitəsi uşaq intiharlarının təhlilini apardı

5 ildə 262 özünəqəsd hadisəsi faciəli bitib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda uşaqlar arasında intihar hallarının sayı artıb. «Trend»in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı təhlillərə istinadən verdiyi məlumata görə, son zamanlar intihar hallarının gəncləşməsi, yəni uşaqlar və gənclər arasında daha çox baş verməsi narahatedici məsələlərdəndir.

Belə ki, 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib.

Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən intihar hallarının sayı 0,6 təşkil edir. Kişilər arasında bu göstərici 1, qadınlar arasında 0,3-dür. Azərbaycanın bu göstəriciləri postsovet ölkələri ilə müqayisədə xeyli aşağıdır.

Komitənin apardığı təhlillərdə qeyd edilir ki, 10-11 yaşlı uşaq hələ ölümlə həyatı bir-birindən tam ayıra bilmir. Onlar ölümü tam mənası ilə dərk etmədiyindən bəzən bunu sadəcə ətrafındakıların diqqətini cəlb etmək üçün edirlər. Buna görə də 10-11 yaşlı uşaqların intiharı bir çox hallarda birmənalı şəkildə ölümə cəhd kimi qiymətləndirilmir. 13 yaşına qədər olan uşaqlar özünə qəsdə əsasən yaxınlarını narahat etmək üçün əl atırlar. Onun üçün kimin narahat olub-olmayacağını bilmək olduqca maraqlıdır.

Buna görə də mütəxəssislər uşaqlara qarşı davranışlarda xüsusilə ehtiyatlı olmağa çağırırlar. Bu yaşa qədər olan uşaqlar arasında intiharın digər səbəbləri sırasında ailələrin dağılması, fiziki və seksual zorakılıq, komplekslər mühüm yer tutur. 14 yaşda intihara cəhdin səbəbləri dəyişir.

Bu yaş qrupunda artıq ilk cavabsız sevgi belə ölümə yol aça bilər. 16-20 yaş qrupunda olanlar arasında intihar o zaman seçilir ki, həyat mənasını itirmiş olsun. Qarşılaşdıqları çətinliklərə dözə bilməyən və həyatının belə davam edəcəyindən qorxanlar üçün ölüm ən asan yol kimi görünür.

İntihar hallarının 60 faizi yaz-yay aylarında baş verir. Belə hesab edilir ki, intiharın əsasını, yəni 70 faizini depresiya təşkil edir. Ümumiyyətlə isə, depressiya keçirən insanların 15 faizi intihar edir. İntiharın 41 faizinin səbəbi məlum deyil, 19 faiz cəzalanma qorxusuna görə, 18 faiz ruhi xəstəliyə, 18 faiz evdəki məhrumiyyətlərə, 6 faiz ehtirasa, 3 faiz pul itkisinə, 1,4 faiz həyatdan doyduğuna, 1,2 faizi fiziki xəstəliyə görə baş verir.

Təhlil zamanı qeyd edilir ki, din və intihar arasında asılılıq da var. Əksər İslam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir, təxminən, 100 min adama 0,1 intihar sayı düşür. Əhalisinin daha çox hissəsi xristianlığa və ya induizmə tapınan ölkələrdə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür. Buddist ölkələrdə bu göstərici daha yüksəkdir, yəni 100 min adama 17,6 intihar halı qeydə alınır.