vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
09:58 | 3 sentyabr 2014 | Çərşənbə Məqaləyə 1633 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Reytinqimiz yüksəldi

İqtisadi Forumun bütün göstəriciləri Azərbaycandan üzrə böyük uğur

Eldar TANRIVERDİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Dünya İqtisadi Forumunun (WEF) «Qlobal rəqabətqabiliyyətlilik hesabatı 2014-2015» (Global Competitiveness Report 2014-2015) adlı hesabatında 144 ölkə arasında 38 pillədə yerləşib.

«APA-Economics»in məlumatına əsasən, Azərbaycan sözügedən hesabatda ötənilki göstərici ilə müqayisədə bir pillə irəliləyib. Hesabata görə, biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə Azərbaycan 10-cu yeri tutduğu halda, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-yeri tutub. ÜDM-in həcminə görə, ölkəmiz 70-ci pillədə qərarlaşıb. İnflyasiyanın səviyyəsinə görə isə Azərbaycan birinci yeri tutub. Hesabatda bildirilir ki, makroiqtisadi stabilliyə görə Azərbaycan 9-cu, biznesə dəstək üzrə 80-ci, əmək bazarının effektivliyi üzrə 33-cü, infrastrukturun inkişafı üzrə 70-ci, ali təhsil üzrə 90-cı, tibb və ibtidai təhsil üzrə 104-cü, maliyyə bazarlarının inkişafı üzrə 89-cu yerləri tutub. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 69-cu, dəmir yolu infrastrukturunun keyfiyyətinə görə 37-ci, hava yolları infrastrukturunun keyfiyyəti üzrə 44-cü yerdə qərarlaşıb. Bundan başqa, dövlət siyasətinin şəffaflığına görə, Azərbaycan 48-ci yeri tutub. Vergitutma effektivliyi sahəsində Azərbaycan 82-ci, antiinhisar qanunvericiliyinin effektivliyi üzrə 130-cu yeri tutub. Hesabata İsveçrə başçılıq edir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Sinqapur və ABŞ qərarlaşıb.

Virtualaz.org xatırladır ki, əvvəlki iki ildə olduğu kimi, keçmiş Sovetlər Birliyi ölkələri üzrə liderlik, ümumi siyahıda 29-cu mövqeni tutan Estoniyaya məxsusdur. Reytinqin üst yarısında Azərbaycala yanaşı Litva (41), Latviya (42) və Qazaxıstan (50 istiqamət üzrə) qərar tutublar.