Saxta diplomlar, dərsliklərin vəziyyəti və maaş
Nazir təhsildəki problemindən danışdı
Fatimə KƏRİMLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hansı halda rüsum və ƏDV-dən azad edilir?
7 illik vergi güzəştləri mövcuddur, amma ...
-
Daşımalarda dinamika ...
Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 11,3 faiz artaraq, ...
-
ÜDM-də tarixi rekord
Amma idxal qiymətlərində də ciddi artım var
-
“Bizə qələbə yaraşır!”
Nazir “Qarabağ”ın mərhələ keçməsini sosial şəbəkə səhifəsində təbrik etdi
-
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
-
Xəzər düyünü açılacaqmı?
4 ölkə dil tapsa da, İran dirəniş göstərir
-
Nazirdən inanılmaz statistika
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
-
İqtisadi sektorda rəqəmsal transformasiya
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
-
Qeyri-neft sektorunda tarixi göstərici
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə bu barədə iki tvit atıb
-
Xatirələrdə qalan oyuncaqlar
Uşaq yaradıcılıq müsabiqəsi
-
“İqtisadiyyatımız “kölgə”dən “ağ”a meyllənir”
Mikayıl Cabbarov: “Çatışmazlıqlar və hədəflər var”
-
“29 sual səhv olub”
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
-
Spiker nazirə şikayətləndi
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bulanıq suda balıq tutmaq zamanı bitib”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
-
Nazirliyin bağladığı "qara bazar"
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
Bu gün Təhsil Nazirliyində prezidentin sərəncamı ilə «Tərəqqi» medalı və «Əməkdar müəllim», «Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi» fəxri adları ilə təltif olunan təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov nazirliyin təhsil sahəsində gördüyü işlərdən danışıb. O vurğulayıb ki, 500 dən çox bal toplayaraq müəllimlik ixtisasında təhsil alan tələbələrə təqaüdlər veriləcək:
«Gənc müəllimlərin peşəkarlığını artırmaq üçün 500 baldan daha çox nəticə göstərən və müəllim peşəsini seçən 300 I kurs tələbəsinə təqaüdlərin verilməsi nəzərdə tutulub. Müəllim peşəsini layiqincə yerinə yetirə bilməyən insanların saxta diplomla təmin olunması tamamilə aradan qaldırılıb. Gələcəkdə yaradılacaq vahid məlumat bazasının fəaliyyəti belə halların qarşısını almaq məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq addımlar atılıb».
Bundan başqa nazir dərsliklərin qiymətləndirilməsi prosesindən də söz açıb.
«Dərsliklərin qiymətləndirilməsi prosesi TQDK və ali təhsil mərkəzlərində fəaliyyət göstərən müəllimlər tərəfindən aparılır. İlk dəfə olaraq VIII siniflər üzrə kurikulum dərslikləri hazırlanır. Kurikulum üzrə təhsil alan şagirdlər hələ ki VII sinifdədirlər».
Daha sonra nazir ilk dəfə keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində Bakı şəhəri üzrə bütün müəllimlərin uğurla iştirak etdiyini deyib: «Dərs yükünün daha optimalllaşdırılması və bu sahədə aparılacaq islahatlar müəllimlərin əmək haqqı probleminin həllinə aparan yeganə yoldur. Dekabr ayının sonuna qədər bununla bağlı yeni təklif hökumətə təqdim olunacaq. Biz bu təklifləri tam yekunlaşdırdıqdan sonra hökumətə təqdimetməyi nəzərdə tutmuşuq. Respublikanın kənd rayonlarında çalışan müəllimlərin iş şəraitini optimallaşdırmaq üçün əlavə onlara ödənişlərin məbləği artırılıb».
Təhsil naziri həmçinin qeyd edib ki, hazırda müasir peşə təhsili mərkəzlərinin icrası davam etdirilir. Bu layihə çərçivəsində təhsilini bitirən məzunların işlə təmin edilməsində müsbət nailiyyətlər olacaq.
Nazir qeyd edib ki, bu il ilk dəfə olaraq peşə təhsilinə qəbulun səviyyəsi əvvəlki illərlə müqayisəli şəkildə tərtib olunub: «Ali təhsil sistemində mövcud olan ixtisaslara yenidən baxılıb. Dərs yükləri optimallaşdırılıb.
«SABAH» qruplarında müasir ali təhsil sisteminin tələblərinə uyğun olaraq müəllim və tələbələr sağlam rəqabət apara biləcəklər. Dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq üçün 570 nəfər tələbə adını qazanıb. Hazırda ali təhsil sistemi sahəsində Dünya Bankı ilə yeni layihənin müzakirəsi aparılır».
Nazir vurğulayıb ki, orta təhsil sistemində islahatlar davam edir: «İsmayıllı və Masallıda yeni kolleclər açılıb. Qəbulun təkmilləşdirilməsi üçün buraxılış imtahanları ilə qəbul imtahanları arasındakı gərginlik aradan qalıdırılacaq. Növbəti təhsil ilindən həm orta ixtisas, həm də yaradıcılıq təhsil müəssisələri üzrə yeniliklər tətbiq olunacaq. Onun sözlərinə görə, artıq 1 ay ərzində şagirdlərin həm buraxılış, həm də qəbul imtahanında iştirakına ehtiyac qalmayacaq. Yeni prinsiplərə yiyələnməyi məhdudlaşdıra bilmərik. Müəllim ordusunun inkişaf etdirilməsi üçün islahatlar aparılır.
Müəllim hazırlığı prosesində yeniliklər tətbiq etmək vacib amil kəsb edir. Çünki bugünkü qanunvericilikdə ixtisasartırma kurslarını uğurlu və uğursuz bitirən müəllimlər arasında heç bir fərq yoxdur Bu baxımdan müəllim hazırlığı prosesində yeniliklər tətbiq etmək vacib amil kəsb edir».