Qarabağa icazəsiz səfər etdikləri üçün...
XİN jurnalistlərin akkreditasiyasına «Yox!» dedi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Cəbhədə ehtiyaclar daim dəyişir”
Ukrayna PUA istehsalına hazırlaşır
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
Azərbaycan XİN Ukraynanın «1+1» telekanalının Azərbaycanda akkreditasiyadan keçmək barədə müraciətinə rədd cavabı verib. Bunu APA-ya Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, Ukraynanın «1+1» kanalı tərəfindən müvafiq akkreditasiyadan keçmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edilib: «Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunundan çıxış edərək Xarici İşlər Nazirliyi tərəfindən xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş qaydalar çərçivəsində bu kanalın müraciətinə baxılıb. Təəssüf ki, bu kanalın nümayəndələri akkreditasiya qaydalarına riayət etmədən və Xarici İşlər Nazirliyində müvafiq akkreditasiya kartı almadan Azərbaycan ərazisində jurnalist fəaliyyəti ilə məşğul olublar və bu da qanun pozuntusudur».
H. Hacıyev xatırladıb ki, bu şəxslər Azərbaycanın işğal olunmuş ərazilərinə Azərbaycan dövlətinin razılığı olmadan səfər ediblər və müraciətlərində işğal olunmuş Azərbaycan ərazilərinə səfər edəcəkləri barədə heç bir məlumat verilməyib: «Veriliş əsnasında Azərbaycana qarşı həqarət xarakterli ifadələrə yer verilib. İndi isə müxtəlif bəhanələrlə öz əməllərinə bəraət qazandırmağa çalışırlar».