GMO məhsullar qadağan edilir
Milli Məclisin komitəsi bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni maddələrin əlavə olunmasını tövsiyə edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadə edilərək yeyinti məhsullarının dövriyyəsinə qoşulması qəti qadağan olunur, bununla bağlı cinayət məsuliyyəti müəyyənləşdirilir.
APA-nın məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni maddələrin əlavə olunması müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.
Komitə sədri Eldar İbrahimov layihələr barədə məlumat verərək əvvəlcə Cinayət Məcəlləsinə əlavə edilən 200.2-ci (Genetik modofikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi) maddə barədə məlumat verib.
Bildirilib ki, maddənin birinci hissəsinə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə - bilə idxal etmə, satma- bu əməllər xeyli miqdarda törədildikdə 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddənin ikinci hissəsinə əsasən isə, «Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddənin üçüncü hissəsinə əsasən isə yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlqıdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddənin dördüncü hissəsinə görə isə, yuxarıda göstərilən əməllər bu maddə ilə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.
İnzibati Xətalar Məcəlləsinə də eyni məzmunda əlavə edilir. Məcəlləyə əlavə edilən 228-2 maddədə bildirilir ki, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə - bilə idxal edilməsinə və ya satılmasına az miqdarda yol verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə onların dəyərinin 80 faizindən 100 faizinədək miqdarda cərimə edilir. Yeni maddənin qeyd hissəsində isə izah olunur ki, burada «az miqdar» dedikdə min manatadək olan dəyər başa düşülür.
Müzakirələrdən sonra layihələ qəbul olunaraq plenar iclasa tövsiyə olunub.