«Ədəbiyyatımıza olan bu sevgidən hədsiz məmnunam»
Avstriyanın səfiri Tərcümə Mərkəzində olub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sözlüy”ü düz görməyən “gözlüklülər”
İşin özünü yox, görüntüsünü yaratmaq dövrü çoxdan ötüb
-
Milli Kitabxanada ədəbiyyat bayramı
Migel Delibesin «Seçilmiş əsərləri»nin təqdimat mərasimi keçirildi
-
Yeni orfoqrafiya lüğəti hazırlanacaq…
… Tərcümə Mərkəzi və Dilçilik İnstitutu tərəfindən
-
100 manatlıq kurslar açılır
Əcnəbilər üçün ...
-
Dünya ədəbiyyatının beş şedevri
«Tərcümə Mərkəzinin Kitabları» seriyasından yeni kitablar işıq üzü görəcək
-
«Orijinaldan tərcüməyə üstünlük veririk»
«Hazırda üzərində işlədiyim əsər Tərcümə Mərkəzidir»
-
«Sağ olsun Afaq Məsud»
İlqar Əlfi yeni vəzifəsindən danışdı
-
Dava edənlərin susqunluğu
Azərbaycan Tərcümə Mərkəzinin binası iki yazarı üz üzə qoyub
-
AYB-də kabinet davası
Anar çarəsizdir
-
Sabiq baş naziri Avstriyaya uçub...
... Və orada uzun müddət qalmaq niyyətindədir
-
Sentyabrın 22-də Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aksel Veks Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüşdə Avstriya-Azərbaycan mədəniyyətləri arasında əlaqələrdən, görülən və görüləcək işlərdən danışılıb.
Mərkəzin direktoru A. Məsud Mərkəzin ümumi fəaliyyəti barədə məlumat verərək, ədəbiyyatlararası mübadilələr, həmçinin Avstriya ədəbiyyatıyla bağlı həyata keçirilən və həyata keçirilməkdə olan layihələrdən söz açıb: «Avstriya ədəbiyyatı həmişə Azərbaycanın diqqət mərkəzində olub. Frans Kafkanın əsərləri Azərbaycan dilində ilk dəfə 1991-ci ildə nəşr olunub. Biz bu işi təmənnasız olaraq, Frans Kafkaya və onun ədəbi irsinə olan sonsuz sevgiylə həyata keçirmişik. Bu ədəbiyyatın digər görkəmli nümayəndələrinin - Stefan Sfayqın, Rayne Mariya Rilkenin, Piter Handkenin, Soyferin, Oskar Yellenek və Elfrida Yelinekin əsərlərini də, tərcümə edib, həm kitab halında, həm «Xəzər» dünya ədəbiyyatı jurnalında nəşr etmişik. Hazırda Mərkəzdə Azərbaycan dilinə tərcümə edilmiş Avstriya ədəbiyyatı antologiyası nəşrə hazırlanır. Bu gün biz Azərbaycan ədəbiyyatının da Avstriyada tanıdılması istiqamətində bir sıra işlər görürük. 2007-ci ildə Avstriya Mədəniyyət Departamentinin dəvəti ilə Vyanada olarkən, məni milli ədəbiyyatların ayrı-ayrı stendləri sərgilənən salona dəvət etdilər. Bütün millətlərin və ölkələrin ədəbiyyatları yer almış bu salonda Azərbaycan ədəbiyyatının stendinin yoxluğundan mütəəssir oldum. Azərbaycanın dünya ədəbi fikir müstəvisinin diqqət mərkəzində olmağa layiq zəngin ədəbiyyatı var və biz bu ədəbiyyatın mükəmməl bədii tərcümə mütəxəssislərinin, dil daşıyıcılarının köməyi ilə dünyaya çıxarılması üzərində işləyirik. Xalqlar və millətlər arasında mövcud olan bütün sərhədlər, dini, irqi fərqlər vahid ədəbiyyat müstəvisində itir. O səbəbdən ki, bəşəri ədəbiyyatda sərhəd və millət anlayışı yoxdur».
Cənab Aksel Veks öz növbəsində, dəvətə görə minnətdarlıq edərək, qaldırılan məsələlərin hər iki ölkə arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsində müstəsna əhəmiyyət kəsb etdiyini bildirdi.
«Ədəbiyyatlararası mübadilələr xalqlar və millətlər arasında dostluq və anlaşma münasibətlərini möhkəmlədir. Avstriya ədəbiyyatına olan bu sevgidən hədsiz məmnunam. Bu sahədə gördüyünüz işləri də təqdirəlayiq hesab edirəm. Azərbaycan ədəbiyyatının Avstriyada tanıdılması istiqamətində, həmçinin avstriyalı bədii tərcümə mütəxəssislərinin işə cəlb olunması ilə bağlı irəli sürülən təkliflərinizin həyata keçirilməsi üçün səfirlik əlindən gələn köməyi əsirgəməyəcək və bu işə Azərbaycanın Avstriyadakı səfirliyinin də cəlb edilməsi, düşünürəm, işimizi bir qədər də asanlaşdıracaq».