vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ƏDƏBİYYAT  
«Oğluma cavabdeh deyiləm» 18:25 | 11 noyabr 2015 | Çərşənbə Məqaləyə 3637 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Oğluma cavabdeh deyiləm»

«Onu düz edib AYB-dən qovublar»

Bahar RÜSTƏMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Oğlum Kəramət Böyükçölün Azərbaycan Yazıçılar Birliyindən qovulması ilə bağlı qərarı düzgün hesab edirəm». Bunu AzNews.az-a açıqlamasında K.Böyükçölün atası, AYB-nin Uşaq Poeziyasının rəhbəri Qəşəm Nəcəfzadə deyib.

O, bildirib ki, K.Böyükçölün bütün hərəkətləri Yazıçılar Birliyinə qarşı köklənib: «Kəramətin bütün yazıları, hərəkətləri Yazıçılar Birliyinin nizamnaməsinə zidd idi. Əla ediblər. Bu qərar yerində verilib».

Q.Nəcəfzadə deyib ki, mən ona cavabdeh deyiləm: «Birliyin üzvü oldu, ya olmadı, mən həmişə o cür yazıların əleyhinə olmuşam. Həmişə də özünə demişəm ki, get romanını yaz. Amma eşitmədi, bildiyini etdi. Mən onu oğlum kimi çox istəyirəm, yazıçı kimi isə ona cavabdeh deyiləm». 

Xatırladaq ki, gənc yazıçı Kəramət Böyükçül bu gün Azərbaycan Yazıçılar Birliyindən qovulub. Buna səbəb onun yazılarında və müsahibələrində ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibəti, çağdaş yazıçılarımıza atmacaları, öz yaşıdı yazarlara qarşı aşağılayıcı münasibət sərgiləməsi olub.