«Müharibəni erməni tərəfi başladı...»
«Bu ssenari Putinə imkan verərdi ki,...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
Ermənistan və onun xaricdəki himayəçiləri Qarabağ münaqişəsi zonasına başlayan irimiqyaslı hərbi əməliyyatlara görə Azərbaycanı günahlandırır. Belə fikirlər Rusiya mediasında və KİV-lərində də geniş yayılıb. Lakin bu məsələdə fərqli fikirdə olanlar da var.
«Azadlıq» radiosunun rus xidmətinə müsahibəsində nüfuzlu politoloq, Rusiya Elmlər Akademiyasının beynəlxalq münasibətlər İnstitutunun sektor müdiri, beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis Yuri Fyodorov hərbi əməliyyatları ermənilərin başlatdığını deyib.
«Belə görünür ki, hərbi əməliyyatlar bu dəfə ermənilər tərəfindən başladılıb və onların bu hərəkətinin arxasında Rusiya dayana bilər. Prezident Vladimir Putin Su-24 təyyarəsinin vurulmasından sonra xəbərdarlıq etmişdi ki, Türkiyə bundan yaxasını pomidorlarla qurtara bilməyəcək. Bu xəbərdalıqdan sonra Türkiyədə PKK yaraqlılarının fəallığı artdı. Habelə son aylarda Ermənistandakı Erebuni aviabazasına Rusiyadan Mi-8, Mi-24 zərbə vertolyotları göndərildi. Bu da 102-ci bazanın döyüş potensialını gücləndirdi. Ola bilsin ki, ilkin ssenari belə olub: erməni qoşunları Rusiyanın dəstəyi ilə Azərbaycan ordusuna zərbə vurur. Bu halda Ankara müttəfiq kimi ya sifətini itirir, ya münaqişəyə qarışmağa məcbur olur, nəticədə ola bilsin rus qoşunları ilə qarşılaşmalı olur»-Yuri Fyodorov bildirib.
Ekspertin fikrincə bu ssenari Putinə imkan verərdi ki, türk qoşunlarına zərbə endirmək üçün «qanuni əsaslar» əldə etsin. NATO isə belə vəziyyətdə siyasi dalana düşəcək, çünki Moskva ilə münaqişənin formal təşəbbüskarı Ankara olacaq.
Bəs Azərbaycan və Ermənistan böyük müharibəyə cəlb olunsa, bu zaman Azərbaycan qoşunları erməni qoşunları üzərində qələbə qazansa, hətta Qarabağı bütünlüklə geri alsa necə olacaq?
Yuri Fyodorovun fikrincə bu ssenari də Moskvaya münaqişəyə Ermənistanın tərəfində qarışmaq üçün «qanuni əsas» verəcək. Ola bilsin ki, Rusiya Azərbaycanı şimaldan, Dağıstan istiqamətindən müdaxilə ilə təhdid edəcək. Sonra isə hadisələr birinci ssenari üzrə davam edəcək.
Ekspert hesab edir ki, hazırda ən ağlabatan ssenari bu toqquşmaların tərəflərdən birinin digəri üzərində aşkar üstünlük əldə etmədən dayandırılmasıdır. Fyodorovun fikrincə Qərb münaqişə tərəflərini müharibəni dayandırmağa çağıracaq və bu məsələdə Rusiyadan kömək istəyəcək. Və yenə də Moskva uduşlu vəziyyətdə olacaq. «Başqa sözlə, Qarabağda vəziyyətin indiki kəskinləşməsi Kremlin situasiyaya ciddi təsir göstərə biləcəyi yerlərdə silahlı münaqişələrin qızışdırılmasında maraqlı olduğunu göstərir»-Yuri Fyodorov bildirib.