vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
PROBLEM  
18:15 | 13 aprel 2016 | Çərşənbə Məqaləyə 1143 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müəlliminə elə şeylər deyir ki!»

Hicran Hüseynova: «Uşaqlarımız xarici filmlərdə nümunə gördüyünü reallaşdırmağa başlayır»

Ağa AKİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda uşaq psixoloqlarına böyük ehtiyac var. Bu sahədə ciddi boşluqlar mövcuddur». Modern.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsi tərəfindən təşkil olunmuş «Ailə institutunun formalaşmasında adət-ənənələrimiz» adlı tədbirdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, məktəblərdə uşaq psixoloqlarının sayının artırılmasına, onların fəaliyyətinin genişləndirilməsinə ehtiyac var: «Əvvəllər məktəblərdə psixoloqlar uşaqlarla işləyirdi. Bəzən görürsən ki, uşaq 1-2-ci sinifdə normal olur, amma sonrakı siniflərdə birdən-birə dəyişir.

Belə olanda ya onun ailə problemi var, yaxud, təhsilində nöqsanlar olur, ya da uşaq sinifdə özünə yer tapa, digər uşaqlarla ünsiyyət yarada bilmir. Gərək o dövrdə istər valideynlər, istərsə də müəllimlər vaxtında vəziyyətlə maraqlanaraq ona öz təsirini göstərsinlər. Biz bunu görmürük. Amma bu, çox vacib məsələdir.

Buna çox böyük diqqətlə yanaşmaq lazımdır. Uşaqlarla məşğul olanlar bilirlər ki, onların yaşına görə psixoloji dəyişikliklər özünü göstərir. Elə dövrlər olur ki, uşaq yaxşı qiymət almır, müəlliminə elə şeylər deməyə başlayır ki!

Araşdırılır və məlum olur ki, bu, uşağın müəlliminə qarşı acığı idi. Belə hallar da olur. Bizim uşaqlar indi xüsusilə xarici filmlərə çox baxırlar. Buradan özlərinə nümunə götürüb onları reallaşdırmağa başlayırlar».

H.Hüseynova deyib ki, rayon icra hakimiyyətlərindəki yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar da uşaqlarla çox güclü işləməlidirlər:

«Gözləməməliyik ki, bu hadisə olacaq, ondan sonra biz onun nəticəsinin aradan qaldırılması üçün nə isə edəcəyik. İnsanlarla danışmaq, görüşmək lazımdır».