Körpələrdə “çöp mifi”
Niyə görə tək azərbaycanlı uşaqlarda “çöp” qalır?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“20 milyon qız itkin düşüb”
Çinin tək uşaq siyasətindən imtinası nə dərəcədə təsirli oldu?
-
Rusiya demoqrafiyası “əriyir”
Uşaq doğuşu statistikası 90-cı illərin səviyyəsinə çatır
-
Körpə yuxusu necə olmalıdır?
Miflər və faktlar ...
-
Körpələri gözləyən gizli təhlükə
İnfeksiyadan uzaq saxlayın
-
İsti suyla bağlı yeni təlimatlar
Hamilə qadınlara vanna, sauna və cakuzzi olarmı?
-
Hamilələrə tövsiyə
Uşaqsalmanın qarşısını almaq üçün alimlərin tövsiyələri
-
Qışda doğmaq yaydan niyə yaxşıdır?
Depressiyanın simptomları - qüssə, narahatlıq və diqqət yayğınlığıdır
-
«... indiyə kimi qoyulmayıb»
Azərbaycanda uşaqlara ilk dəfə verilən 4 ad
-
Uşaqları çox təmiz saxlamaq təhlükəlidir?
Alimlər deyir ki, palçığın içində oynayan uşağın dərhal əl-üzünü yumağa tələsmək lazım deyil
-
Göydə doğulan uşaq yerə enməyə bilər
«Jet Airways» uçuş zamanı dünyaya gələməyən körpəyə ömürlük təyyarə bileti verib
-
Atanın icadı
Oğlunu 40 saniyəyə yatızdırdı
-
«Birinci şərti təbii şəraitdə böyümələridir»
Nəsib Quliyev: ««Qırxlı uşağın üstünə getməzlər» fikri tibbi cəhətdən tam əsaslandırılıb»
-
Günə xoş hisslərlə başlayın
Vəfalı köpək körpə uşağı dili ilə kisələdi
-
Ana südü uşaqları ağıllı edirmiş
7 yaşlı uşaqlar İQ testindən keçirilib
-
Küçə uşaqlarının sığınacağı və sındırılmış uşaqlar...
“Küçələr heç bir sənədi, getməyə yeri olmayan uşaqlarla doludur”
-
«1-ci sinif şagirdlərinə niyə pul paylanılır?»
XXI əsrdə yaşayırıq. Amma hələ də feodal təfəkküründən qurtula bilməmişik. Bizlərin hələ də çoxunda qara qüvvələrə, cadu-pitiyə inam qalıb. Hələ “çöp” məsələsini demirik. Bəlkə də dünyada yeganə xalqıq ki, körpə uşaqlarda çöp qaldığına inanır və bunun türkəçarə yolu ilə həllinə çalışırıq. Apardığımız müşahidələr göstərir ki, bizdən başqa ətrafdakı xalqların heç biri bu cahil müalicə metoduna inanmır.
Doğrudanmı uşaqların “çöpü qalır”?
Məlum olduğu kimi uşaqlarda burunətrafı ciblər var. Onlar çox nazik və dar olur. Ona görə də istənilən yad cisim çox asanlıqla orda ilişib qala bilir. El arasında bu yad cismə “çöp” deyirlər. Bu “çöp” xırda sümük də, kağız qırıntısı, muncuq və başqa xırda nəsnələr ola bilər. Döşəmədə olan uşaq da diqqətdən yayınaraq yerə düşmüş yad cisimləri götürüb asanlıqla qulağına, burnuna və yaxud ağzına aparır.
Bu təbii haldır. Belə hallarda uşaqlarda narahatlıq yaranır, hərarət yüksəlir, hətta qusma müşahidə edilir. Çox təəssüf ki, bu vəziyyətdə valideynin ilk ağlına çopçü gəlir. Bəladan qurtulan valideyn sonradan bir növ çöpçüyə alışır. Uşaqda azacıq narahatçılıq olanda, uşaq burnunu ovuşduranda, hərarəti yüksələndə yenə də çöpçüyə üz tutur.
Niyə təkcə bizim uşaqlarda “çop qalır”?
Məsələ ilə bağlı fikirlərini bölüşən tanınmış terapevt Vaqif Qarayev bildirdi ki, “dünyadakı bütün uşaqların yuxarı tənəffüs yollarının anatomik quruluşu eynidir.
Amma nədənsə təkcə bizim uşaqlarda “çöp qalır”. Mən peşəmlə bağlı uzun müddət təxminən 12-14 millətin yaşadığı ərazidə xidmət göstərmişəm. Çox təəssüf ki, çöplə ancaq bizimkilər məşğul olur. Başqa millətlərdə bu problem yoxdur”.
Vaqif Qarayev söhbət əsnasında bizimlə bir xatirəsini də bölüşdü. Bildirdi ki, “xeyli müddət əvvəl Rusiyaya köçmüş ailənin başçısı mənimlə görüşəndə zarafatla dedi ki, “Rusiyaya gedəndən çöpdən canımız qurtarıb”.
Çöpçüyə getməyin hansı fəsadları ola bilər?
Tanınmış həkim onu da əlavə etdi ki, “uşaqların yad cisimləri götürüb burunlarına, qulaqlarına və ağızlarına basması normal haldır. Bunun qarşısını almaq üçün ilk növbədə döşəməni təmiz saxlamaq lazımdır. Xoşa gəlməz hallar baş verdikdə isə həkimə müraciət etmək gərəkdir. Çünki, çöpçü xanımlar çöpü təmizləyərkən uşaqların boğazına qorxulu infeksiya sala bilər. Və hətta bir dəfə belə bir hadisə şahidi olub. Uşağın burnundakı yad cismi çopçü üfürüb nəfəsliyinə salmışdı. Biz çox böyük çətinliklə o uşağın həyatını xilas etdik”.
Maraqlı məqamlardan biri də odur ki, bəzi valideynlər körpələrini çopçünün yanına apararaq deyir ki, “xahiş edirəm bunun çopünü birdəfəlik bağla”. Tanınmış həkim XXI əsrdə belə hallara da rast gəlindiyini təəssüflə qeyd edir. Bildirir ki, “axı, çöpçü körpənin yuxarı tənəffüs orqanında nə edə bilər ki, bir daha çöp qalmasın? Bu sadəcə cahillikdir”. (Milli.Az)