Solovyovun böyükləri
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
15:16 | 13 iyul 2022 | Çərşənbə
Məqaləyə 877 dəfə baxılıb
Şriftin ölçüsü
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətində Slovyansk və Kramatorsk kimi daha böyük şəhərlərə doğru irəlilədikcə kiçik şəhərlərə fokuslanır. Bu haqda Britaniya kəşfiyyatı məlumat yayıb.
Bu arada iyulun 13-də Ukrayna qüvvələrinin Donetskə qonşu Luqansk vilayətinə hücuma keçdiyi haqda təsdiqlənməmiş məlumatlar gəlir. Hücumun ABŞ-ın təzəlikcə verdiyi HIMARS raketləri ilə həyata keçirildiyi güman edilir. Luqanskı bir neçə gün öncə Rusiya qüvvələri tutub.
Rusiya qüvvələri müharibənin əvvəlində paytaxt Kiyevi tuta bilməyəndən sonra şərqi Donbas regionunu tam ələ keçirməyə fokuslanıb. Ukrayna rəsmiləri Rusiyanın regionda şəhərləri, kiçik yaşayış məntəqələrini kütləvi atəşə tutduğunu deyir.
Şərqdəki Çasov Yar şəhərində yaşayış binasının həftəsonu atəşə tutulması nəticəsində ölənlərin sayı 45-ə çatıb. Ukrayna rəsmiləri bu hadisəni “hərbi cinayət” adlandırıb. Moskva isə müharibədə mülki hədəfləri hədəfə almadığını bildirir.
***
Britaniyanın Müdafiə Nazirliyi Kremlin qüvvələrinin Siverski və Dolina şəhərlərinə yaxınlaşdığını bildirir. Slovyansk və Kramatorsk isə “əməliyyatın indiki fazasının əsas hədəfləridir”.
Luqansk vilayətindəki separatçılardan Andrey Maroçkonun dediyinə görə, Ukrayna ordusu vilayətdə bir neçə məntəqəni vurmaq üçün HİMARS artilleriya sistemindən istifadə edib.
Ukrayna hökuməti isə indiyədək hər hansı hücumda HİMARS-dan istifadə etməsinə şərh verməyib.
Bu arada Rusiya və Ukraynadan hərbi nümayəndə heyətləri iyulun 13-də İstanbulda BMT və Türkiyə rəsmiləri ilə görüşəcəklər. Məqsəd dünyada ərzağın bahalanmasına səbəb olmuş taxıl ixracı böhranını yoluna qoymaqdır.
Rusiya işğala başlayandan Ukraynadan taxılın ixracı demək olar dayanıb. Bu, həm inkişaf etmiş, həm də xeyli sayda yoxsul ölkələrdə çətinliklərə səbəb olub, ərzaq qıtlığı yaranıb.
***
Rusiyanın işğal etdiyi ərazilərdə polis fərariliyi baş verməyib. Ukraynanın şərqində və cənubunda işləyən polis əməkdaşlarının “mütləq əksəriyyəti” Kiyevin nəzarətində olan əraziyə keçib. Bunu isə Ukraynanın Daxili işlər naziri Denis Monastırski “Current Time”a eksklüziv müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna 2014-cü il hadisələrinin təkrarlanmasından yayına bilib. O zaman xeyli sayda polis əməkdaşı Moskvanın dəstəklədiyi separatçı qruplara qoşulmuşdu.
“Bizim üçün ən böyük təhlükə səkkiz il öncə baş verənlərin təkrarlanması idi. O zaman polis sadəcə postları tərk elədi, bütöv regional birliklər düşmən tərəfə keçdi. Üstəlik, onlar şəxsi məlumatı təhvil verdilər, fəalları necə tapmağın yolunu göstərdilər, psevdo-polisin sıralarına qoşuldular. Bu ssenarinin təkrarlanması qəbuledilməz idi”, – o vurğulayıb.
Monastırski Daxili İşlər Nazirliyinin nəzarətində olan “bircə məlumatın belə” Rusiyanın əlinə keçmədiyini söyləyib.
Nazir Rusiyanın Ukrayna həbsxanalarına sabitliyi pozmaq üçün kriminal qruplardan istifadə cəhdlərinin də önləndiyini bildirib.
“Rusiyanın kriminal dairələri həbsxanalarımızı qarışdırmağa çalışır, bununla bir çox şəhərlərdə sabitliyi pozmaq istəyirdi. Həbsxanalarda hər hansı provokasiyanı önləmək üçün bəzi fərdlər başqa yerlərə köçürüldülər”, – Monastırski deyib.