Evlərucuzlaşacaq
«Əllərində dollar olanlar çox da tələsmir»
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
“Qlobal ticarət yoxsulluğa kömək etmir”
DTT-nin hesabatı: “10 faiz zənginin gəliri, 50 faiz kasıbdan qazancından 79 dəfə çoxdur”
-
Qərbin lüks mallarının bazarları daralır
Daha çevik və əsaslandırılmış iddialı planlar önə çıxır
-
15 ildə ən böyük artım
FED faiz dərəcəsini qaldırdı
-
Yaponiya Bankından müdaxilə
Yenin faiz dərəcəsi niyə bu qədər aşağı saxlanılır?
-
Dollar müqaviməti qıracaqmı?
Dünya birjaları 108 indeksinə fokuslanıb
-
Bu gün gözlər Almaniyada
Dolların enişini durdura bilən yoxdur
-
Almaniya biznesində ümid ...
İsveç uçot dərəcəsini son 14 ilin maksimumuna qaldırdı, Türkiyə isə əksinə
-
FED diqqəti risklərə çəkdi ...
Türk lirəsinin taleyi bu gün həll olunur
-
Qarışıq dalğalanma ...
FED-in pul-kredit siyasətindəki şahin duruşunun yumşalma ehtimalı güclənir
-
... Amma həftəni Avropa həll edir
ABŞ-da dollarla bağlı qərarlar alındı ...
-
“Şahin” açıqlamalar
FED rəsmilərinin bəyanatları və “DXY”
-
Dollar qəddini düzəldir
FED rəsmilərinin açıqlamaları enişdi durdurdu
-
Avronu nə durdurdu?
Dünyanın aparıcı valyutalarının mübarizəsi güclənib ...
-
Avro dolları keçdi
Qızıl da bahalaşmaqda davam edir
Daşınmaz əmlak bazarında uzun sürən durğunluqdan sonra yaxın müddətdə evlərin qiymətinin kəskin şəkildə enəcəyi proqnozlaşdırılır. Bu məqamda daha əvvəlki kimi «su qiymətinə» ifadəsini də işlətmək olmur. Çünki, su da bahalaşıb...
Məhz daşınmaz əmlak bazarında ucuzlaşma proqnozlarına görə, əlində müəyyən pul vəsaiti olan insanlar gözləmə mövqeyi seçiblər. Bazarda isə qeyri-müəyyən gərginlik davam edir...
Ekspert Rəşad Əliyev Modern.az-a açıqlamasında deyib ki, hazırda bazarda yaşanan gərginliyin səbəbi məhz manatın məzənnəsi ilə əlaqədardır:
«Təsəvvür edin ki, alıcıların əlində əsasən dollardı. Alqı-satqı əməliyyatı isə manatla bank vasitəsilə həyata keçirilir. Deməli ev alqı-satqısı həyata keçirmək üçün ev alan dollar satmaqla manat əldə etməli, onu bank hesabına satıcının adına otuzdurmalıdır. Satıcı isə həmin vəsaiti bankdan çıxaranda əsas dollar almağa üstünlük verir.
Əgər manatı dollara çevirmək hazırda problemdirsə, onda satıcı üçün əməliyyatda qeyri-müəyyənlik yaranır. Belə olan halda satıcı ya əməliyyatı təxirə salır, ya da ümumiyyətlə satmaqdan imtina edir. Əlacsız durumda olanlar isə məcburən alqı-satqını həyata keçirir».
R.Əliyev bildirib ki, elə alıcılardakı vəziyyətdə qeyri-müəyyəndir:
«Əllərində dollar olanlar çox da tələsmirlər. Çünki, onların hazırda itirəcəkləri çox azdı. Əllərində manat olanlar isə əməliyyatların həyata keçirilməsində maraqlıdır. Əmlak bazarında əməliyyatlar orta hesabla 15-30 gün əvvəldən planlaşdırılır.
Hazırda valyuta bazarında yaranmış gərginlik bu cür əməliyyatları həyata keçirmək istəyənləri bir qədər qeyri-müəyyən vəziyyətə salıb. Bazarda satış qiymətləri manatla rəsmiləşdirilsə də, onların bəziləri dolların məzənnəsinə uyğun müəyyən edilmişdi. Bu cür əməliyyatların əksəriyyəti ya təxirə salınıb, yaxud da ləğv edilib.
Devalvasiya şəraitində istənilən halda əmlakın qiyməti xarici valyutada enməyə meyllidir. Ssenari bu şəkildə də davam edəcək, evlər ucuzlaşacaq. Ancaq uzaq perspektiv üçün onu qeyd edim ki, dollar qiymətləri müəyyən müddətdən sonra mümkün devalvasiyalara qarşı immunitet əldə etməyə başlayacaq».