vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
SOSİAL  
19:32 | 26 oktyabr 2016 | Çərşənbə Məqaləyə 2227 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qış rejiminə vaxtından əvvəl keçilə bilər

550-ə yaxın qazanxana, 92 istilik məntəqəsi...

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Havaların kəskin soyuduğu və ya istilərin tez düşdüyü vaxtlarda istilik mövsümü vaxtından əvvəl başlana və vaxtından əvvəl yekunlaşdırıla bilər». Bunu Modern.az-a «Azəristiliktəchizat» ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

O bildirib ki, qanunvercilikdə istilik mövsümü il ərzində 5 ay-noyabrın 15-dən aprel ayının 15-ə kimi, dağlıq rayonlarda isə 6 ay nəzərdə tutulub:

«Havaların kəskin soyuması davam edərsə, mənzillərə vaxtından əvvəl istilik verilməsinə baxıla bilər. Bu qanunvericilikdə öz əksini tapıb. Havalar 10 gün dalbadal kəskin şəkildə soyuq keçərsə, istilik mövsümünün vaxtından əvvəl başlaması mümkün olacaq.

«Azəristiliktəchizat»ın Bakı və regionlarda 550-ə yaxın qazanxana, 92 istilik məntəqəsi var. Hamısı da payız-qış mövsümünə hazır vəziyyətdədir. Mövsümə keçidlə bağlı tələbat olan obyektlər-xəstəxanalar, internat məktəbləri, doğum evləri müraciət etdikcə istilik sistemini işlək vəziyyətə gətiririk, harada ki, əsasən, uşaqlar, qadınlar qalır.

Bu məsələlər əksər büdcə təşkilatları ilə «Azəristiliktəchizat» arasında bağlanan müqavilə ilə tənzimlənir. Bizim qurum həmin təşkilatla il ərzində 5 aylıq müqavilə bağlayır. Çünki onlara büdcədən 5 aylıq limit nəzərdə tutulur. Əgər onlardan hansısa bizə müraciət edirsə, ödənişə təminat verildiyi halda, istilik verilir. Bizə təminat verilməlidir ki, istilik mövsümü vaxtından əvvəl başlayanda ödəniş olacaq. Axı biz qazın, suyun, işığın da pulunu ödməliyik. Ona görə də müraciətlərə fərdi qaydada baxılır.

Qeyd edim ki, ötən il də həmin obyektlər noyabrın əvvəlindən istiliklə təmin olunmuşdu».

Qurum rəsmisi eyni zamanda qeyd edib ki, istilik mövsümünün başlaması təkcə «Azəristiliktəchizat»la bağlı deyil:

«Birincisi, istilik sisteminin işə salınması Bakı şəhər icra hakimiyyəti başçısının sərəncamından asılıdır. Bundan başqa həmin 550 qazanxana işə düşəndə paralel olaraq «Azəriqaz»da öz qaz xətlərində tənzimləmə işləri aparmalıdır. «Azərenerji»nin istilik elektrik mərkəzi var, hansı ki, Əhmədli qəsəbəsinə verilən istiliyin bir hissəsini də onlardan alırıq. Yəni istilik sisteminin işə düşməsi tək «Azəristiliktəchizat»la həllini tapmır».

«Azəriqaz»la «Azəristiliktəchizat» arasında yaranan borc məsləsinə gəlincə, R.Əliyev yaxın vaxtlarda problemin həll olunacağını qeyd edib:

«Nə qədər ki, hər gün qazanxanalarımız işləyir, buna görə istifadə edilən təbii qazın ödənişi həyata keçirilir. Biz bu məsələlərlə bu gün yox, dünən yox, həmişə məşğuluq. Çalışırıq ki, problem öz həllini tapsın».