
AB Rusiyadan qaz idxalını qadağan edir
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
Dünyanın ən böyük elektrik gəmisi istifadəyə verilib
Rusiya gəmilərin adını və qyeydiyyatını dəyişib qaz satmağa davam edirdəyişib
Şirkət günəş elektrik stansiyasının əsas investorudur
“Yaxınlaşmaq, toxunmaq və qidalandırmaq olmaz”
“ExxonMobil”in qazdığı bütün quyular kor imiş
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Avropanın LNG idxalı 2024-cü ildə üç ilin ən aşağı səviyyəsinə enəcək
Rusiya Avropa bazarından sıxışdıran ABŞ-a isə qiymətlərin yüksək olması lazımdır
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
Hazırda 400 milyon ton sıxılmış qaz istehlakı 20 ildə iki dəfə artacaq
Yaxud dünyanın çağırışlarına uyğun siyasət
Azərbaycanın potensialı 27 000 MVt həcmində qiymətləndirilir
ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
Ehtimal olunan yataqların ölkənin 50 illik təlabatını ödəyəcəyi deyilir
Neftdən fərqli olaraq nə qoxusu var, nə də rəngi
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkədə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər artırılıb. Vaxt.az xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Qeyd edək ki, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.
Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.