vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
00:18 | 28 oktyabr 2016 | Cümə Məqaləyə 833 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanlı fəalın səhhəti kəskin pisləşib

Evin zindanında saxlanılan Siyamək Mirzayinə psixi işgəncələr verilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlıların milli-mədəni hüquqları uğrunda apardığı sivil fəaliyyətinə görə Tehranın Evin zindanında saxlanılan tanınmış dinc fəal Siyamək Mirzayinin səhhəti kəskin pisləşib.

Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, saxlanıldığı həbs müddətində ağır fiziki və psixi işgəncə və təzyiqlərə məruz qoyulan azərbaycanlı fəal, fiziki baxımdan getdikcə zəifləyib, çəkisi azalaraq xeyli dərəcədə arıqlayıb. Bildirilir ki, Siyamək Mirzayinin atası 1 milyard tümənlik mülki vəsiqə girovu qarşılığında oğlunun müvəqqəti azadlığa buraxılması və evdə müalicə alması üçün dəfələrlə Tehran məhkəməsinə müraciət etsə də, ETTELAAT əməkdaşları onun, oğlunun işinə baxan hakimlə görüşməsinin qarşısını alırlar. 

«ETTELAAT» əməkdaşları, Siyamək Mirzayini iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərindəki şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinin təcridxanasına aparılsa da, sonradan Tehranın Evin zindanına 209-cu korpusunun 123-cü kamerasına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, mağazanın şüşələri qırılıb. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.