…Dükan, çayxana
Hərracda ən çox alınan obyektlər…
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Əmlak Aministiyası”
Biz nəyi təklif edirdik?
-
“Torpaqlari məhv ediblər!”
Oliqarxların yüzlərlə süni balıq gölləri nəzarətə götürüldü, 147-si ləğv edildi
-
75 dövlət əmlakı özəlləşdirilir
Vaxt açıqlandı ...
-
Proses notariusdaca həll olunacaq
Əmlak və torpağın alqı-satqısı asanlaşdırıldı
-
Kənddə kino məsələsi
Rayonlarda kinoteatrlar kütləvi şəkildə özəlləşdirməyə çıxarılır
-
Cəbhə bölgəsindəki evlərə «kupça» paylanır
ƏMDK-dən «Kütləvi çıxarış» kampaniyası ...
-
Vərəsəlik hüququ alt-üst oldu
Ölkədə hüquq elminin olmaması qanunvericiliyin bərbad səviyyədə olmasının əsas səbəbidir!
-
Dəllalın dələduzluğu
Torpaq almaq istəyənlərə 300 min manat «atıb» Rusiyaya qaçdı
-
Abutalıbova növbəti zərbə
Yeraltı dayanacaqların BŞİH-dən alınaraq idarəetməyə verilməsinə hazırlıq görülür
-
Dələduz Vəsait
Bakıda onlarla adamı aldadıb saxta sənədlərlə torpaq satan şəxs kimdir?!...
-
Sahibkarlığın bir nömrəli düşməni
Komitə bilə-bilə belə vəziyyət yaradır ki, iş adamları ondan asılı vəziyyətə düşsün
-
Türkiyə liderliyini qoruyur
Azərbaycanlılar xaricdə kütləvi şəkildə daşınmaz əmlak alır
-
76 dövlət əmlakı hərraca çıxarılır
Restorana 369 min manat qiymət qoyulub
-
«Azərxalça» 4 əmlakını satır
Daha 78 dövlət əmlakı hərraca çıxarılır
-
540 min manata restoran
Yetmiş beş dövlət obyekti hərraca çıxarılır
-
70 minə qədər ödəyicinin faiz borcu silindi
Vergi borcu silinənlərin adları açıqlanıb
Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 25-də keçirilmiş hərracların nəticələrini dərc edib. İnvestorlara təklif olunan hər üç daşınmaz əmlakın ikisi satılmayıb.Məlumata görə, həmin gün Bakıda və ölkənin digər şəhər və rayonlarında özəlləşdirilməsi nəzərdə tutulan 36 obyekt və qeyri-yaşayış sahəsinin 12-nə müştəri çıxıb. Onların 9-u Bakıda yerləşir.
Orta qiymət 195 manat
Toplam 124 kvadrat metr olan 3 qeyri-yaşayış sahəsinin satış qiyməti 107 min 500 manat olub. 1980 kvadrat metr sahəsi olan 9 dükan, çayxana və başqa xidmət obyektləri ilkin qiymətinə – 283 min 500 manata satılıb.
Beləliklə, hərraclarda satılan obyektlərin 1 kvadrat metrinin orta qiyməti 195 manat təşkil edib. Bəzi obyektlər isə qat-qat baha qiymətə alınıb. Məsələn, Bakının Nəsimi rayonunda 18,8 kvadratlıq bir obyektin hər kvadratmetri alıcıya 3 min 191 manata başa gəlib.
Hərracda satılan 9 obyektdən 5-nin əmək kollektivi üzvü var. Amma obyekti onların, yoxsa başqa bir şəxsin özəlləşdirdiyi haqda bilgi verilmir.
Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına əsasən, əgər hərracda əmək kollektivi qalib gələrsə, onun satış qiymətinin 30 faizlik hissəsi ödənişdən azad edilir. Pulun 30 faizi 5 gün ərzində, qalan 40 faizi isə 2 ildən gec olmayaraq ödənilir. Adi investor isə boyun olduğu pulun hamısını ƏMDK ilə alqı-satqı müqaviləsini bağladıqdan sonra 5 gün ərzində ödəməlidir.
Gələn dəfə qiymət düşə bilər
Qaydalara görə, bu hərracda satılmayan 24 obyekt növbəti həftələrdə yenidən hərraca çıxarılmalıdır. İşdir, ikinci dəfə də alıcı çıxmazsa, o zaman 3-cü hərracda qiyməti 10 faiz, dördüncü hərracda 25 faiz, beşinci hərracda isə yarı qiymətinədək salına bilər.
Sentyabrdan bəri keçirilən hərraclara çıxarılan daşınmaz əmlak bazar qiyməti ilə təklif olunur. Ekspertlərin fikrincə, hərraclara çıxarılan əmlakın çoxunun satılmamasının səbəbi iqtisadi sıxıntılardır. Obyektləri işlədən şəxslərin bir çoxunun kredit borcu var. Əmlakın bazar qiymətinə satılması bir çoxunun maddi imkanı xaricindədir. İşləyən obyektə kənardan alıcının çıxmamasını isə ekspertlər biznesin mental xüsusiyyətləri ilə izah edirlər.