vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QARABAĞ  
15:48 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2933 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni sevgimizin başlığı

Unutmayın, əclafların qanunu dəyişmir...

Eldəniz ELGÜN

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər Ermənisatandan Azərbaycana gəlmək istəyən ermənilərin sayı artmaqdadır və cəmiyyətdə bu artıq müzakirəyə çevrilib ki, erməniləri qəbul edək ya yox?

Əslində maraqlı sualdır və bu suala cavab tapmazdan öncə gəlin aydınlaşdıraq ki, ermənilər niyə məhz Azərbaycana gəlmək istəyirlər? 

Yəni Ermənistandakı siyasi-sosial durumdan narazı qalanların elə qonşu Gürcüstana, Rusiyaya köçmələri daha rahat ola bilər. Belə olan halda gəlin suala cavab tapaq. 

Xoş həyat Azərbaycandan başlayır 


Bu həqiqətən belədir. Nəyə görə? İlk növbədə bu səbəbə görə ki, Azərbaycana pənah gətirən ermənilər üçün Bakı sadəcə olaraq bir vasitə olur. Yəni bir erməni ailəsi düşmən Azərbaycana sığınmaq «zorunda» qalır. Belə bir köç isə beynəlxalq qurumların diqqətini cəlb edir və Yerevanın hansısa küçəsində sürünərək yaşayan ailəni günün simasına çevirir. Anındaca BMT-in, Qırmızı Xaç Komitəsinin və s. təşkilatların diqqəti ailəyə yönəlir, bir müddətdən sonra ailənin «təhlükəsizliyi» üçün variantlar haqqında düşünməyə başlayırlar və günlərin biri Azərbaycanı “sevən” ailə üçüncü ölkəyə köç edir. Deməli Azərbaycana gələn ailə Gürcüstana getsəydi, onu heç kim üçüncü ölkəyə yola salmayacaq və azından Batumiyə qədər yol gedə bilərdi. Amma Bakı erməni ailəsi üçün yeni həyatın başlanığıcı oldu. Buna görə də indiyə qədər Azərbaycana sığınan onlarla ermənidən bir nəfəri belə, Azərbaycanda qalmayıb. Beləcə ermənilərin Bakı «sevgisi»nin şahidi oldunuz. Bunun əvəzində isə Bakı günlərlə və ya aylarla bu erməni ailəsini yedizdirib, sığınacaqla təmin edir ki, bir müddətdən sonra onlar xoş həyat üçün Avropaya yola düşsünlər. 

QEYD: 1995-96-cı illər ərəfəsində Azərbaycandan getmək istəyən onlarla azərbaycanlı sığınacaq almağın daha maraqlı yolunu tapmışdı. Əsasən Hollandiyaya üz tutan azərbaycanlılar iddia edirdilər ki, seksual azlıqlardandırlar və onları Azərbaycanda buna görə incidirlər. Yəqin bu məqam ermənilərin Bakıya axın etməsinə daha çox oxşayır. Bu baxımdan ermənilərin Azərbaycana sığınmasına yaşıl işıq yandıraqmı? 


Qoruduğumuz ermənilərin «bəhrəsi» 


Bu gün iddia olunur ki, Ermənistandan Azərbaycana gələn erməniləri qəbul etmək lazımdır. Ən azından sabah ictimai rəydə hansısa rol oyanaya bilərlər. Belə olan halda bir suala cavab tapaq, indiyə qədər Azərbaycanda 30 min erməni yaşayır və bu ermənilər ictimai rəyə hansı formada təsir göstəriblərmi? Bir dəfə Ermənistana gedən Azərbaycanın keçmiş vətəndaşı Ələkram Hümmətov yüz dəfə ermənilərdən üzr istədi, bəs Azərbaycanda yaşayan 30 min ermənidən tək bircə nəfəri nə zaman Ermənistanın haqsızlığını bəyan etdi? Qoruduğumuz 30 min erməni nə zaman Dağlıq Qarabağla bağlı mövqe bildirdi? Müəyyən cızma-qaraları bir kənara qoysaq heç zaman. Onda 30 min ermənini danışdıra bilməyən bizlər iki-üç erməniyə komfort şərait yaradıb onlara nə danışdıracağıq? 

QEYD: Bu gün Azərbaycanda yaşayan 30 min erməninin gənc ailə üzvlərinin Avropa və Rusiyada məskunlaşdıqları haqqında zaman-zaman xəbərlər eşidirik. Çox təssüf ki, Azərbaycanla bu gün də bağlılıqları olan və hazırda Avropa və digər regionlarda yaşayanlar elə erməni lobbisinin, diasporunun tam nəzarətindədirlər və bu günə qədər onların Azərbaycanla bağlı hansısa müsbət fikrinə rast gəlməmişik. 


Sabah partlayacaq minalar


Ermənilərin Azərbaycan «sevgisi»nin artmasının sabah hansı fəsadlar yaradacağı da şübhəsizdir. Kim təminat verə bilər ki, bu gün Azərbaycana sığınmaq istəyən hansısa erməni ailəsinin Ermənistanın təhlükəsizlik qüvvələri ilə əlaqələri yoxdur? Kim təminat verə bilər ki, bu gün Azərbaycana sığınmaq istəyən ermənilər sabah partlayacaq minalar deyillər? 

Sözsüz ki, bu suallara cavab tapmaq bəzi hallarda mümkün də deyil. Hətta Azərbaycan vasitəsiylə üçüncü ölkəyə keçən ermənilərin sabah Azərbaycanda yaşadıqları «faciələrlə» bağlı dünyaya car çəkəcəklərinə də zərrə qədər şübhəm yoxdur. Çünki bunu zaman-zaman yaşamışıq. 


QEYD: Apardığımız araşdırmalar sübut edir ki, bu gün dünyada daha çox aktivlik göstərən ermənilərin böyük əksəriyyətinin ya Azərbaycanla hansısa zamanda bağlılıqları olub ya da elə zamanında Azərbaycanda doğulublar. Bunu isə sadəcə xatırlatdım.

Beləliklə, özünüz cavab verin, Azərbaycana sığınmaq istəyən erməniləri qəbul etməliyikmi?

Amma unutmayın, əclafların qanunu dəyişmir...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)