vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
15:05 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 4320 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İmpotent kişinin zorlanmış qadını

Kişilər indi Məcnun olub, Leylini ruhən sevməyə üstünlük verirlər

Eldəniz ELGÜN

MÖVZU İLƏ ƏLAQƏLİ

Kişilər gücsüzləşdikcə, qadınlar güc yığır. Kişilər impotentləşdikcə, qadın ölümlərinin sayı artır. Qadınlara oğrun-oğrun baxan kişilər qadınları daha çox sevirdi. Əlçatmaz saydığı qadınları sosial şəbəkələr vasitəsiylə bir anın içində əldə edən kişilər qadın mahiyyətini dünənki status kimi itirirlər.

Kişilər bayırda nə qədər əzilirlərsə, evdə qadınlar o qədər şiddəti həzm etməli olur. Kişiləri birləşdirən dəyər yoxsulluq olduqca, qadınları birləşdirən dəyər zorlanma olur. 

Kişiləri birləşdirən dəyər səfalət olduqca, qadınları birləşdirən dərd intiharlar, ölümlər olur. 

Keçmiş kişilər öncə sevgisini sona qədər sübut etmək üçün dağ yarar, külüng vurar, təpəgözü öldürərdilər. İndi kişilər sevgisini sübut etmək üçün bir məktub yazıb intihar edirlər. İntihara gücü çatmayanlar qadını bıçaq altından keçirirlər. 

Qadın ölümlərinin sayı artdıqca, kişilərin içindəki qürür qəbirsanlıqları çoxalır. «Qana-qan» prinsipi bax onda yaranır. İtən hər kişi qüruruna qarşılıqlı iki qadın həyatına son qoyulur. Nə qədər çox qadın öldürülürsə, kişilik qürurunun o qədər dirçəldiyi düşünülür. Elə buna görə qadınların kişiləri qoruya bilmədikləri üçün öldürüldüklərini deyirik. 

Dinə meyl artdıqca, qadın ölümlərinin də sayı artır. Çünki «Quran»ı ələk-vələk edib qadın haqlarının olmadığını sübut etmək istəyirik. Allaha onun qadına yanaşması nə qədər qəddar olarsa, o qədər sevgiylə yanaşmağa çalışırıq. Dini ayinlərə başlayanda ilk növbədə neçə qadına sahib durmaq haqqında düşünürük. Beləcə, Allaha qurşaqdan aşağı həddə sevgi artdıqca, qadınlara nifrət o qədər çoxalır. 

Kişilər indi Məcnun olub, Leylini ruhən sevməyə üstünlük verirlər. Amma Leylini yatağına salandan sonra... 

Bir neçə gün öncə metroda rastıma çıxan sevgili qızla oğlanı gördüm. Təxminən belə dialoqları oldu. 

- Kamran, rəfiqələrimin yanında utanıram. O sırğanı qulağından çıxart. 

- Bəsdi görək ey... İndi sənin dostlarına görə mən ger-geyimimə baxmalıyam? Onda sən də onlara de ki, arada qaşlarına əl gəzdirsinlər... 

Vəssalam. Yəqin ki, şərhə ehtiyac yoxdur. Və yəqin ki, növbəti beş ildən sonra bu cütlüyü tamam başqa formada görəcəyik. Qadın, sırğasından imtina etməyən sevgilisini, sırğasızla gizlincə əvəzləyəcək. Sırğalı isə nə zamansa qürur qalasına sığınıb qadınından yox, qadınlardan intiqam almaq həvəsinə düşəcək. «Biqeyrətin qeyrətə gəlməsi dəhşətli olur», misalı bax onda yaranır. Bu həm də o zaman olur ki, nə kişi qadını üçün, nə də qadın öz kişisi üçün yaşamağa lüzum görür. Elə buna görə qadınından Nigar xatunluğu tələb edənlər Koroğlu yox, korun oğlu olmaqdan o yana keçə bilmir. 

İntiharlar, şiddətlər, zorlamalar isə davam edəcək. Çünki artıq qulağımız və gözümüz zorlama, intihar xəbərlərini eşitməyə, görməyə çox alüdə olub...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)