vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
14:15 | 1 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 802 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ABŞ Türkiyədə terror olacağını haradan bilir?»

Şener Mengene: «Terrorla mübarizə ilə terrorizmlə mübarizə bir-birindən fərqlənir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Şərqi Türküstan Sürgün Hökumətinin təhsil və strategiya naziri, Strategiya İnstitutunun direktoru Şener Mengene Türkiyədə baş verən partlayışlar və bunda PKK-nın rolu haqqında «Gündəlik Avropa»ya müsahibə verib.

- Hər dəfə Türkiyədə partlayış olduqdan iki gün əvvəl ABŞ Türkiyəni terror təhlükəsinin olması ilə bağlı  xəbərdarlıq edir. PKK-nın məqsədi nədir və ABŞ bu terrorları əvvəlcədən necə bilir?

- Qlobal güclər terror təşkilatları üzərindən Türkiyəni küncə sıxışdırmaq və onu siyasətlərinə alət etməyə razı salmaq istəyirlər. Türk milləti terrorla tərbiyə edilə biləcək bir millət deyil. Bütün qlobal güclər və onların əlaltıları olan terror təşkilatları bunu bilməlidir. PKK, Kürd adından istifadə edərək özünə adam toplayan beynəlxalq qaçaqmalçılıq və narkotika üzrə podratçı təşkilatdır. Kimin işi düşürsə ona xidmət edir, amma mütləq sonu gələcək və yox ediləcəkdir.

Türk milləti on min ildir ki, əziyyətlər çəkərək  yoluna davam edir.

 

- ABŞ Türkiyədən əvvəl partlayış olacağını haradan bilir və xəbərdarlıqlardan sonra niyə terror aktının qarşısı alınmır?

- Biz 1550-ci ildə və Qanunu dövründə deyilik. Bütün dünyanı  bir anda qarşımıza ala bilmərik. Qlobal və regional balansları qoruyaraq,  heç bir qrupa aid olmadan nailiyyətlər əldə etməliyik. Düşmənimizin düşmənini dost etmədən yalnız dövlət və millət maraqları gözlənilməklə  əməkdaşlıq edə bilərik.

Terror ilə mübarizə və Terrorizmlə mübarizə fərqlidir. Terror ilə mübarizə hüquq-mühafizə orqanlarının, Terrorizm ilə mübarizə isə  siyasətin, bürokratiyanın, diplomatiyanın və daxili işlər nazirliyi orqanlarının borcudur.