Sərkisyan qaz hayındadır…
Qarabağda savaş qorxusu onları dilənçi etdi
Orxan HUN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Ermənistanda təbii qaz tariflərinin aşağı salınması ölkə prezidenti Serj Sərkisyan, baş naziri Karen Karapetyan və hökumət üçün ciddi başağrısına çevrilib.
Ölkədəki nüfuzlu iqtisadçılar və analitiklər, habelə media israrla vurğulayır ki, dünya bazarlarında təbii qaz fasiləsiz ucuzlaşır, Ermənistanda isə əhalinin «mavi yanacaq» üçün ödədiyi məbləğ qonşu dövlətlərlə yanaşı, İrəvanın üzv olduğu Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı ölkələri ilə müqayisədə də bahadır.
Rusiyanın «Qazprom» şirkətinin Ermənistanda satdığı qazın qiyməti Ukraynadakı tariflərlə uyğunlaşdırıla bilər: di gəl, rəsmi Kiyev təbii qaz üçün «Qazprom»a pul ödəməkdən boyun qaçırıb.
Rusiyanın özünə gəldikdə isə, bu ölkədə vətəndaşlar və fərdi təsərrüfatlar, yəni ailələr üçün təbii qazın hər 1000 kubmetri 50 dollardan satılırsa, Ermənistanda qiymət 300 dollara bərabərdir.
Ermənistanda təbii qazın paylaşdırılması və satışı «Qazprom Armeniya» şirkətinin inhisarındadır. Bu şirkətsə adından göründüyü kimi, Rusiyanın «Qazprom»una məxsusdur.
Ermənistan prezidenti Serj Sərkisyan əhalinin kəskin narazılığını, daha doğrusu, paslı rus bıçağının erməni sümüyünə dirəndiyini nəzərə alaraq bu ilin sonunadək «sosial tənzimlənməni nəzərə alan tarif planı»nın reallaşdırılacağını vəd edib. Yəni Sərkisyan əhaliyə verilən təbii qaz və elektroenerjinin vətəndaşların maddi durumuna, gəlir səviyyəsinə uyğun hesablanacağını söyləyir.
Fəqət, Sərkisyan vədinə əməl edəcəkmi?!
Çətin.
Ən azı, ona görə ki, Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi Birliyi ölkələri 2019-cu ilədək vahid enerji bazarı yaratmalı, təbii qaz və elektroenerji tariflərini razılaşdırmalıdır. «Qazprom»unsa ermənilərə güzəşt edərək qiymətləri ucuzlaşdıracağı İrəvanın xam xəyallarından biri sayıla bilər.
Ermənilər «Qazprom»un idarə heyətinin sədri Aleksey Millerin İrəvana səfərinə böyük ümidlər bəsləyirdilər. Onlar Millerin səfərindən sonra Rusiyanın Ermənistana satdığı təbii qazın ucuzlaşacağını gözləyirdilər.
A. Miller İrəvana yollandı, prezident Serj Sərkisyanla görüşərək danışıqlar və sabiq işçisi, indisə Ermənistanın baş naziri Karen Karapetyanla bağlı qapılar arxasında danışıqlar apardı, sonda da «Qazprom Armeniya» şirkətinin baş direktoru postuna Qrant Tadevosyanı təyin etdi.
Qiymətlərin azaldılması ilə bağlı heç nə deyilmədi və əslində, belə bəyanatın səslənəcəyini düşünənlər yanılırdılar.
Təbii qaza görə Ermənistanın «Qazprom»a olan borcu artıq 300 milyon dollara çatıb. Bu nəhəng məbləğ 2011-ci ildən bəri ermənilərin ödəmədikləri pullardırsa, İrəvan nəyə əsasən düşünürdü ki, beşillik borc yaxın müddətdə silinəcək və ya Moskva tərəfindən bağışlanacaq?! Bilinmir.
İrəvan rəsmilərinin dediklərinə görə, hökumət qazın tariflərinin aşağı salınması üçün gərəkli maliyyə mənbələrini hələ də tapmayıb. Yeganə çıxış yolu «Qazprom»un qiymətləri ucuzlaşdırması və Ermənistanda böyük zərərlə işləməyə başlamasıdır.
S.Sərkisyanla A.Miller arasındakı danışıqların təfərrüatları açıqlanmasa da, Ermənistan prezidentinin «Qazprom» rəhbərinə minnətçi düşməsi aydındır. İrəvandakı hakimiyyət qarşıdan gələn parlament seçkiləri ilə bağlı mürəkkəb vəziyyətdə durumunu daha da ağırlaşdırmaq istəmir və bir qədər nəfəs dərməyə çalışır.
Sərkisyanın səsləndirdiyi yeganə variant bu ola bilər, çünki Qərbin tətbiq etdiyi sanksiyalar ucbatından özü valyutaya kəskin ehtiyac duyan Rusiyaya yoxsul, səfil Ermənistan başqa nə təklif edə bilər ki?!
Ermənistanın «Qazprom»a olan 300 milyon dollarlıq borcunun silinməsi də çıxış yolu deyil. İrəvan son 5 ildə bu qədər borclanıbsa və cari xərcləri belə, ödəmək iqtidarında deyilsə, nəhəng məbləğin silinməsi mövcud problemləri həll etməyəcək.
Lakin hər şeyə rəğmən A.Millerin İrəvanda apardığı danışıqların Rusiya üçün nəticəsiz qalacağını da düşünmürük. «Qazprom» Ermənistana və Ermənistanda satdığı təbii qazın qiymətini də aşağı salar, hətta 300 milyon dollarlıq borcu da bağışlayar.
Amma təmənnasız yox: Rusiya bu jestlərin müqabilində Ermənistandan nələri tələb edəcək, hansı şərtlər irəli sürəcək - az sonra bilinəcək.
Aydın olan budur ki, qazın ucuzlaşdırılması və yeni kütləvi etiraz aksiyalarına yol verilməməsi üçün S.Sərkisyan iqtidarı Rusiyanın istənilən tələbini, şərtini yerinə yetirməyə hazırdır.
Nədən ki, Ermənistan rəhbərliyi illərdir ki, yalnız öz maraqlarını güdərək, dövlətin və xalqın mənafelərini heçə sayaraq yaşayır.
Prezident Serj Sərkisyan iqtidarı üçün yeganə məsələ hakimiyyəti qorumaq və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlayacağı təqdirdə darmadağından, tam məğlubiyyətdən qurtulmaq üçün Rusiyanın himayəsində qalmaqdır.
Görünən də budur ki, Dağlıq Qarabağ məsələsi Ermənistan üçün çox baha başa gəlir və belə davam edərsə, işğalçılıq siyasəti yürüdən dövləti içdən dağıtmağa, çökdürməyə nail olacaq. (milli.az)