vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
12:38 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2679 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«...Ya da, əksini demək olar»

«Özünə hörmət edən alim heç vaxt .... proqnozunu verməz»

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

«Öncədən havanın soyuq olacağı proqnozunu vermək doğru deyil. Bir alim kimi builki kəskin soyuqlar olacağını söyləyə bilmərəm. 2 ay əvvəldən belə proqnoz vermək ancaq cəsarət tələb edə bilər».

Bunu Modern.az-a açıqlamasında  Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) əməkdaşı  Məhərrəm Həsənov deyib.

Məhərrəm Həsənov  builki qışın daha soyuq keçəcəyi ilə bağlı yayılan informasiyalara da  aydınlıq gətirib.

«NASA alimlərinin builki qışla bağlı proqnozları ilə tanışam. Bu, NASA alimlərinin fikirləridir. Bir alim kimi öncədən belə proqnoz verməyi doğru hesab etmirəm. 1949, 1967, 1972 və 2012-ci illərdə Azərbaycanda ən soyuq qış keçib. 2012-cilin fevralında gecə 11  dərəcə şaxta müşahidə olunub. Sadəcə, soyuq aylar keçəndən sonra 100 ilin ən soyuq qışı, ya da, əksini demək olar. Mənə elə gəlir ki, özünə hörmət edən ciddi alim heç vaxt «bu ilin ən soyuq qışı olacaq» proqnozunu verməz».