ABŞ-da prezident seçkiləridir
Dünyanın supergücünü idarə edəcək şəxs seçilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
ABŞ-da prezident seçkiləri kampaniyası başa çatmaq üzrə olsa da, respublikaçı Donald Tramp və demokrat Hillari Klinton son gündə də intensiv təşviqatı davam etdirib.
Kampaniya zamanı açıq və sərt danışan daşınmaq əmlak maqnatı Donald Tramp bu gün kampaniyasını 5 ştatda keçirdiyi təbliğat yürüşləri ilə başa vurdu. O, bu kampaniyası ilə sorğuların öndə olduğunu göstərdiyi rəqibi Hillari Klintona qalib gəlməyə çalışır. Xanım Klinton isə bu gün 3 ştatda 4 kampaniya görüşünə qatılıb. O, Pensilvaniya, Miçiqan və Şimali Karolinaya üz tutub. Tramp isə bu ştatlardan əlavə Florida və Nyu-Hempşirə də yollanıb.
Bu 5 ştatın hamısı mübarizənin ən yaxın olduğu ştatdır və bunlar 45-ci prezidentin müəyyən olunmasında mühüm rol oynayacaq.
«Bu, bərabər olmasa da, çox yaxın və rəqabətli mübarizədir. Klintonun qalib olmaq şansları daha çox görünür» - deyə siyasi analitik Natan Qonzales Amerikanın Səsinə açıqlamasında bildirib.
ABŞ-da keçirilən siyasi sorğular hələ də Klintonun azacıq da olsa öndə olduğunu göstərir. Aradakı fərq təxminən 2-3 faiz təşkil edir. Seçkilərin nəticəsini 50 ştat və paytaxt Vaşinqtonda keçirilən səsvermə müəyyən edir. Əhalisi çox olan ştatların Elektoral Kollegiyada elektorlarının sayı daha çoxdur. Qələbə qazanmaq üçün namizədlərdən 538 mövcud elektordan ən azı 270-ni əldə etmək tələb olunur. Elektorların sayını ölkəboyu keçirilən seçkilərin nəticəsi müəyyən edir.