Macəra dolu Amerika
Trampın prezidentliyindən nə gözləyək?
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
Donald Trampın prezident seçilcəyini çoxları proqnozlaşdırmırdı. Çünki, müsəlmanları aşağılamışdı, «Meksika ilə sərhəddə divar tikəcəm» sözləri ilə milyonlarla Amerika vətəndaşı olan ispandillilərin səsini itirmişdi, qadınlar haqqında təhqiramiz fikirlər söyləmişdi. Həm də Tramp o qədər reallaşması mümkün olmayan vədlər vermişdi ki, bunun gerçəkləşəcəyinə çoxları inanmırdı. Məsələn Meksika hökumətini büdcə hesabına necə Amerika ilə sərhəddə divar tikməyə məcbur etmək olar vəya müsəlmanları necə ölkəyə buraxmamaq olar, axı bu irqi-ayrı seçkilikdir? Demək Amerikada hər şey mümkündür.
Amerikalılar Klintonun yerinə ona görə Trampa üstünlük verdilər ki, bu sinanmamış siyasətçidir, onu yoxlamaq lazımdır. Çünki, Hillari Klinton nə qədər öndə görünsə də, dövlət katibi postunda xeyli yanlışlıqlar etmişdi. DAİŞ terorçu qruplaşması məhz Hillari Kllintonun dövründə yarandı, Liviyanın dağılması da onun «əsəri» idi. Tramp Klintonlar ailəsini tarixin arxivinə göndərdi.
Bəs Donald Trampın prezidentliyindən nə gözləyə bilərik?
Tramp vəd etdiyi kimi Rusiya prezidenti Vladimir Putinlə dostlaşa biləcəkmi və ya İranla nüvə razılaşmasını dediyi kimi zibil yeşiyinə atacaqmı? Çətin.
Məsələ burasındadır ki, Amerikada oturuşmuş siyasi sistem var və bəzən prezident bu sistemin gedişatına tabe olmaq məcburiyyətindədir. Obama Liviyaya müdaxilə etmək istəmirdi, ancaq Dövlət Departamenti, Pentaqon, üstəgəl onlarla müşavirin hazırladıqları hesabatlar Amerikanı hərbi müdaxiləyə sürüklədi və üstündən illər keçdikdən sonra Ağ Ev sahibi «Liviya əməliyyatı bizim böyük səhvimiz idi» dedi. Əslində Obama bununla öz cəmiyyətinə və beynəlxalq aləmə «ətrafım mənə qulaq asmadı və mən onların istəyinə tabe oldum» kimi üstüörtülü mesaj verdi. Obamadan olsaydı, Amerikada silah satışına da çoxdan qadağa qoyardı, ancaq o bu məsələnin həllində də acizdir. Barak Obamanın dövründə dünya daha çox qarışdı, qətllər və terror aktları hər yeri bürüdü. Barak Obama seçki öncəsi verdiyi ən böyük vədini də yerinə yetirmədi. «Quantanamo həbsxanasını qapadacam» deyən Obama 8 ildə bu vədinə xilaf çıxdı.
Bu deyilənləri Trampa da şamil etmək olar. Mümkündür ki, Tramp uğurlu iş adamı kimi Amerika iqtisadiyyatında, sosial sahədə və bank sektorunda nəsə uğur qazansın, ancaq eyni sözləri təhlükəsizlik və xarici siyasətə şamil etmək çətindir. Donald Tramp bəlkə bir sıra ölkəni xəritədə də göstərə bilməz. Ancaq Amerikanı yalnız prezidentlər idarə etmir. Dövlət Departamenti, Pentaqon, onlarla müşavir və onların hazırladıqları hesabatlar və yüzlərlə beyin mərkəzi – bütün bunlar prezidentlərin qərarlarına təsir edir.Əgər Amerikanın siyasi sistemi Krımın işalına və Suriyada Bəşər Əsəd rejiminə verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların davamını diqtə edirsə, Tramp bunu gözardı edərək Putinlə asanlıqla dostlaşa bilməyəcək. Və ya Vaşinqton Tehranla nüvə razılaşmasına nail olmaq üçün uzun illər danışıqlar aparıb və İranın nüvə silahı əldə etmyəcəyinə dair zəmanət aldıqdan sonra bu ölkə ilə barışıb. Bu barış Amerikanın maraqlarına uyğundur. Ağ Evin yeni sahibi bu barışdan imtina edərsə bu Amerikanın ziyanına olacaq, çünki Tehran müqavilədən çıxmaqla nüvə silahı yaratmaqda sərbəst olacaq.
Donald Tramp Türkiyə üçün də qaranlıq qutudur.
Barak Obama prezident seçildikdən sonra müsəlman ölkələri sırasında ilk öncə Türkiyəni ziyarət etdi. Ankara ümid edirdi ki, məhz Obamanın dövründə Vaşinqtonla əməldə strateji əməkdaşlıq qurulacaq. Bu da olmadı. Əksinə, bu gün iki məsələdə Barak Obama administrasiyası Türkiyənin maraqları əleyhinə gedir. Birincisi, Vaşinqton Suriyadakı silahlı kürdlərə yardımını dayandırmayıb, ikincisi, 15 iyul hərbi çevrilişini təşkil edən Fətullah Gülən əvvəlkitək Amerikada rahat yaşayır. Bunun nəticəsində Ankara Vaşinqtonun bölgədəki əsas rəqibi Kremlə yaxınlaşır. Tramp Türkiyəni yenidən qazanmaq üçün həm silahlı kürdlərə dəstəkdən vaz keçməli, həm də Gülən problemini həll etməlidir.
Bəs Trampın prezidentliyi ABŞ-Azərbaycan münasibətlərinə nə vəd edir?
Barak Obamanın prezidentliyi və Hillari Klintonun dövlət katibliyi dövründə ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş qeydə alınmadı. Tam əksinə, bu dövrdə Bakıda Amerikanın müxtəlif fondları və Konqresin maliyyələşdirdiyi «Azadlıq» radiosu qapandı, xarici qrantlara qadağa qoyuldu. Böyük ehtimalla Donald Tramp prezident seçildikdən sonra Bakıda inşası çoxdan tamamlanan «Trump Tower» binasının açılışı olacaq.
Digər tərəfdən, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə marağı yoxdur. Bu münaqişə Vaşinqton üçün son sıralarda yer alıb. Vaşinqton-Bakı münasibətləri yeganə olaraq enerji əməkdaşlığında müsbət tendensiyaya malikdir, sıx dialoq mövcuddur. Vaşinqton Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Bakıya hər cür dəstək verir, hətta bu məqsədlə Avropa İttifaqı dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti aparır. Donald Trampın administrasiyası bu dəstəyi davam etdirəcək. Adətən respublikaçı prezidentlər geosiyasi amillərə önəm verirlər. Demək Tramp da bir respublikaçı kimi bu amildən çıxış edərək Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir.
Unutmayaq ki, Amerikanın siyasi sistemi Azərbaycanın ayaqları üstündə möhkəm dayanmasında, dünyəvi müsəlman ölkəsi kimi inkişafında, o cümlədən Rusiyanın və İranın mümkün təsirlərindən qorunmasında maraqlıdır. Bu Azərbaycanın da maraqlarına uyğundur. Ona görə də rəsmi Bakı Vaşinqtonun regional siyasətindən nə qədər narazı olsa da, balanslaşdırılmış xarici siyasət çərçivəsində Amerikanın yeni administrasiyası ilə əməkdaşlığın yollarını axtarmalıdır.