vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
11:21 | 14 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 2813 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avtomobillər «güləşdi»…

…Güləşçilər yaralandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Masazır qəsəbəsində sürücünün sükan arxasında yuxulaması qəzaya səbəb olub. «Report»un xəbərinə görə, hadisə «Duz gölü»nün yaxınlığında baş verib. Belə ki, 1984-cü il təvvəllüdlü Pavel Nikolay Vitrovicin idarə etdiyi 10 LS 021 dövlət qeydiyyat nişanlı «BMW» markalı minik maşını ilə əks yolda hərəkət edərkən Baxışov İlqar Xalid oğlunun idarə etdiyi «Daewoo» markalı minik avtomobili ilə toqquşub.

Nəticədə «Daewoo»nun sürücüsü İ.Baxışov, sərnişinlər 1960-cı il təvəllüdlü Səmədov Şahlar Mədət oğlu, 1983-cü il təvvəllüdlü Nəsirli Mais Hacıəli oğlu və onun övladları - 11 yaşlı Nəsirli Yusif Mais oğlu, 14 yaşlı Nəsirli Əli Mais oğlu ağır xəsarət alaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. « BMW» markalı avtomobilin sürücüsü Pavel Nikolay Vitrovic isə Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Y. Nəsirliyinin vəziyyəti olduqca ağırdır. Onun beyin nahiyəsi zərbədən açılıb.

Yusif Nəsirli və qardaşı Əli Nəsirli güləşlə məşğul olur, hadisə vaxtı onlar idmandan qayıdırmış.

Abşeron Rayon Dövlət Yol Polis İdarəsinin (DYPİ) əməkdaşları hadisə yerində olub. İlkin araşdırmalar zamanı qəzaya səbəb kimi «BMW» markalı avtomobilin sürücüsünün sükan arxasında yuxuya getməsi göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.