vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
XADİM  
14:36 | 9 oktyabr 2013 | Çərşənbə Məqaləyə 2354 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MHP-li millət vəkilindən seçki açıqlaması

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından seçkiləri müşahidə edən Atilla Kaya: “İlkin müşahidələrlə bu seçki düzgün aparılır və ya saxtalaşdırılır demək mümkün deyil”

musavat.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda keçirilən prezident seçkisində beynəlxalq müşahidəçi qismində iştirak edən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Atilla Kaya Bakıdakı seçki məntəqələrində müşahidələr aparıb.

Türk PA mandatı ilə Bakıda monitorinq aparan millət vəkili “Yeni Müsavat” qəzetinin yaxınlığında yerləşən məntəqələrdən birində olarkən, redaksiyamıza da baş çəkib.  A.Kaya saat 13-ə qədər etdiyi müşahidələri müxbirimizlə bölüşüb. Onun sözlərinə görə, olduğu məntəqələrdə qeyri-adi bir halla rastlaşmayıb: “Saat 13-ə qədər 5 ayrı seçki məntəqəsində olmuşam. Orada beynəlxalq müşahidəçi kimi müşahidələrimi apardım. İlkin müşahidələrlə bu seçki düzgün aparılır və ya saxtalaşdırılır demək düzgün deyil. Müşahidələrim əsasında deyə bilərəm ki, insanlar rahat gəlib səslərini verirlər. Axşam saatlarında səslər sayılan vaxt da bir neçə məntəqədə olub bu yekun prosesi müşahidə edəcəyik.  Normal şəkildə müşahidəçiliyimizi aparırıq. Məsələn mənim olduğum məntəqələrin birində saat 12-ə kimi 1500 seçicidən 350-400 nəfəri səs vermişdi”.
Müxalifətin seçkinin saxtalaşdırılması ilə bağlı iddiaları ilə bağlı danışan Atilla Kaya qeyd etdi ki, bu barədə məlumatlıdır: “Təbii ki, bu müxalifət tərəfindən iddia olunur. Bunu da diqqətə alıb, araşdıracağıq. Hələlik əlimizdə saxtakarlıqlarla bağlı hər hansı bir dəlil yoxdur, bizə də təqdim edilməyib. Məntəqələrdə Demokratik Qüvvələrin Milli Şurasının nümayəndələri ilə də görüşdüm. Onlar həmin məntəqələrdə saat 13-ə qədər hər hansı bir qanun pozuntusuna yol verilmədiyini söylədilər”.
Qeyd edək ki, Azərbaycanda keçirilən prezident seçkisində beynəlxalq müşahidəçi qismində iştirak edən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Atilla Kaya gün ərzində öz missiyasını davam etdirib. Bu gün  saat 9.30-da Türk PA “Hilton” hotelində Azərbaycandakı prezident seçkisi ilə bağlı mətbuat konfransı keçirəcək və yekun mövqeyini orada açıqlayacaq.