vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
18:34 | 26 noyabr 2016 | Şənbə Məqaləyə 1379 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qazipur jurnalisti bağışladı...

Deputatın ofisində görüş keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur 10-cu parlament seçkiləri zamanı, barəsində böhtan xarakterli məlumat yaydığı üçün şikayətçi olduğu jurnalisti bağışlayıb.

Millət vəkilinin məhkəməyə şikayətindən sonra yayılmış yalan xəbərin mənşəyi  bəlli olub. Məlumata görə, azərbaycanlı millət vəkilinə qarşı yayılan böhtan xarakterli məlumat «Ayna news» xəbər-təhlil saytının Telegram kanalı, başqa sözlə, jurnalist Hamid Ətayi tərəfindən yayılıb.  Məhkəmə prosesi başa çatdıqdan sonra günahı sübuta yetirilən jurnalist 4 ay azadlıqdan məhrum edilib.

Son məlumata görə, noyabrın 26-də Hamid Ətayinin bağışlanmasına çalışan bir neçə jurnalist N.Qazipurun ofisində onunla görüş keçirib, görüş nəticəsində millət vəkilinin jurnalisti bağışladığı və artıq jurnalistin barəsində çıxarılan həbs hökmünün icra olunmayacağı bildirilib.