Yeni attestatlara əlavələr olacaq
Təhsil Nazirliyi: «Buraxılış imtahanlarının nəticələri sənədə balla yazılacaq»
APA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ƏDV-dən qazanc dəbə minib...
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
-
Pedaqoji kadrlar hansı yolla seçilir?
Müəllimləri imtahan etməkdən öncə öyrətmək lazımdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
Bakı-Naxçıvan bileti 60 manat
Əli Əsədov fərman imzaladı
-
Kitabsevərlər sevinəcək ...
Vacib məsələ həll olundu, qaldı – tərcümə, termin, oxucu azlığı və istəksizliyi problemi
-
Nazirlər Kabineti siyahını təsdiqlədi
ƏDV-dən azad olunan çap məhsulları
-
İqtisadi sektorda rəqəmsal transformasiya
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
-
Prezident fərmanları niyə icra olunmur?
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
-
Sudan ucuz?
Ödənişli istifadə qaydaları ilə bağlı yeni qərara sözardı...
-
Xatirələrdə qalan oyuncaqlar
Uşaq yaradıcılıq müsabiqəsi
-
“29 sual səhv olub”
Təhsil Nazirliyinin rəsmisi müəllimlərin imtahanındakı texniki problemlərdən danışıb
-
Nazirliyin bağladığı "qara bazar"
Görün 300-500 manat ödəmədən uşağınızı bağçaya qoya bilirsinizmi?
-
1,5 litr içki və 200 ədəd siqaret
Alkoqol və tütün məhsullarının idxalı qanunu dəyişir - 2 dəfə azaldıldı
-
… ayrıldıq, ayrıldıq nə asan …
“Əyalət padşahları” kresloya “əlvida” deyəcək
-
Yeni nazirlərə tapşiriq verildi
Köhnələrdən şikayətləri araşdırmağa gedirlər
-
Baş nazirin müavini postlarından ikisi ixtisara düşüb?
Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər
Azərbaycanda həm ümumi orta, həm də tam orta təhsil pilləsini bitirənlərə attestat veriləcək. Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, artıq şəhadətnamə olmayacaq və IX-XI sinfi bitirən şagirdlərə veriləcək sənəd attestat adlanacaq.
Onun sözlərinə görə, şəhadətnamənin ləğv edilərək tam orta və ümumi orta təhsil səviyyələri üzrə yalnız attestatın verilməsi təkmilləşdirmənin nəticəsidir: «Yeni attestatlar əvvəlki təhsil sənədlərindən daha da rahatdır. Attestatların forması və içərisinin məzmunu dəyişilib. Sənədin məzmunu daha səlis və rahat formada yazılacaq. Təhsil sənədlərində bu kimi dəyişikliklərin edilməsinin gələcəkdə vahid imtahanın tətbiq olunmasına heç bir aidiyyatı yoxdur».
A.Əhmədov qeyd edib ki, yeni attestatlarda buraxılış imtahanlarının nəticələri qiymətlə yox, balla yazılacaq. Nazirlik rəsmisi əlavə edib ki, attestatda yekun qiymət hissəsi 2 yerə bölünüb ki, onlardan biri illik, digəri isə buraxılış imtahanı qiymətidir: «Bu tədris ilinin sonunda kurikuluma əsasən tədrisini başa vuracaq IX sinif məzunlarının buraxılış imtahanlarındakı fənlər üzrə nəticələri attestatda balla qeyd olunacaq. Gələcəkdə bu proses digər siniflərdə də tətbiq ediləcək. IX sinifdə buraxılış imtahanı 2 fəndən – Tədris dili (Ana dili, Rus dili) və Riyaziyyat üzrə keçirilir. Amma illik qiymət bütün fənlərdən çıxarılır. Əvvəllər buraxılış imtahanın nəticələri qiymətlə – «2», «3, «4» və «5» yazılırdı. Amma yeni attestatlarda buraxılış imtahanı keçirilən fənlər üzrə qiymətlər balla yazılacaq. Qiymətlərin bala uyğun olaraq necə hesablanacağı hələlik məlum deyil. Amma 100 ballıq sistemdə «4», «5» və digər qiymətlərin hansı bala uyğun tutulacağına dair ayrıca təlimat olacaq. İlik qiymət isə elə əvvəlki qaydada yazılacaq».
Təmayülləşməyə gəlincə, A.Əhmədov qeyd edib ki, bu proses tam orta təhsil səviyyəsinə aid edilir. Onun sözlərinə görə, ümumi orta təhsildən sonra tam orta təhsil səviyyəsində təmayülləşmə təmin olunur: «Uşaqların marağı, arzu və istəklərinə görə təhsilləri təmayüllər üzrə təşkil edilir. Burada onların tədris planındakı fənlər ənənəvi tədris planlarına nisbətən az olur. Tam orta təhsil haqqında attestatda «Təhsil aldığı təmayül» qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti qeyd olunacaq.
Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlər üzrə tam orta təhsil haqqında attestata isə şagirdlərin IX sinfə kimi bu fənlərdən aldığı qiymətlər yazılacaq».
Qeyd edək ki, Nazirlər Kabineti «Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»nı yeni redaksiyada təsdiq edib. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir.