vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
14:55 | 30 noyabr 2016 | Çərşənbə Məqaləyə 939 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... Müsbət gündəm yaradır»

Rusiya XİN-i Mehriban Əliyevanın Moskva səfəri haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və Rusiya arasında münasibətlərin yüksək səviyyəsi sabitdir və iki ölkə xalqları arasında çoxillik dostluqla möhkəmlənib.

Virtualaz.org-un məlumatına görə, bunu bu gün keçirilən brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin Moskvaya səfərlərini şərh edən M.Zaxarova iki ölkə arasında yüksək səviyyəli münasibətlərin əsasının dövlət başçıları tərəfindən qoyulduğunu deyib.

XİN nümayəndəsinin sözlərinə görə, bu cür səfərlər Bakı və Moskva arasında münasibətlərin səviyyəsini əks etdirir.

«Bütün dünya üçün çətin anda maraqlı və ictimai əhəmiyyətli tədbirlər keçirməyimiz xüsusilə xoşdur. Bu tədbirlər yalnız əlaqələrimizi gücləndirmir, bunlar həm də beynəlxalq münasibətlərdə müsbət gündəm yaradır» - M.Zaxarova vurğulayıb.