vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
01:02 | 5 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 2012 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Urmiya gölündə canlı artemia qalmayıb

10 litr suda cəmi bir ədəd adıçəkilən canlıya rast gəlmək mümkündür

MÖVZU İLƏ ƏLAQƏLİ

Vaxtı ilə dünya üzrə artemia canlıları ilə məşhur olan Urmu gölündə artıq canlı artemia qalmayıb.

GünAz TV mətbuat mərkəzi İran Kənd Təsərrüfatı Nazirliyinin mətbuat orqanına istinadən xəbər verir ki, bu barədə İran Artemia Təhqiqat Mərkəzinin rəisi Yusifəli Əsədpur Urmiya gölünün son vəziyyəti ilə bağlı danışarkən bildirib. «Payız aylarında həyata keçirilən araşdırmalara əsasən Urmiya gölünün məlum vəziyyəti və havanın soyuq keçdiyindən göldə canlı artemia qalmayıb. Təbii ki, suyun həddindən artıq şor olması artemiaların yoxa çıxmasına səbəb olub, hazırda yalnız Şəhid Kəlantəri və Gülmanxanə dayanacaqlarında hər 10 litr suda bir ədəd artemiaya rast gəlmək mümkündür» - deyə o bildirib.

İran Artemia Təhqiqat Mərkəzinin rəisi əlavə edib ki, dəniz canlılarını yetişdirmə sənayesinin 50 tonluq artemia ehtiyacını təmin etmək məqsədi ilə Mərkəzi, Kirman və cənub vilayətlərində artemia yetişdirmək üçün lisenziyalar verilib.

Yusifəli Əsədpur bundan öncə Qum, Kirman və İsfahan vilayətlərində artemianın yetişdiriləcəyini bildirmişdir.


Artemia nədir?


Duzlu sularda yaşayan Artemia xərçəngləri son 15 ildə istər ev şəraitində saxlanılan dekorativ balıqların, istərsə də təsərrüfatlarda yetişdiriləcək akvakultura obyektlərinin əvəzsiz təbii yemi hesab olunur. O, bir sıra üstünlüklərə malikdir. Onun bədəninin 50 faizini zülal, 28 faizini yağ (əsasən doymamış yağlar) və 10 faizini kül əmələ gətirən mineral maddələr təşkil edir. Bütün bunlar onu çox dəyərli qida obyekti edir. Hazırda Dünya miqyasında sübut olunmuşdur ki, təsərrüfatlarda yetişdiriləcək akvakultura orqanizmlərinin təbii qidalarla - xüsusilə Artemia xərçəngi ilə bəslənməsi, onların həyatilik qabiliyyətinin yüksəlməsinə, sağlam olmalarına və sürətlə böyümələrinə, normal .fizioloji vəziyyətə sahib olmalarına və yüksək keyfiyyətli məhsulların alınmasına səbəb olur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Artemia xərçənginin yumurtaları uzun müddət həyatilik qabiliyyətini saxlayır və buna görə də onlar akvakultura obyektləri üçün potensial yem mənbəyi hesab olunur. Bu qeyri – adi canlı öz şöhrətini yalnız yüksək qida əhəmiyyətinə görə deyil, eyni zamanda çoxalma xüsusiyyətlərinə və ekstremal (yüksək duzluluq və minimal oksigen şəraitində) şəraitdə yaşaya bilmə qabiliyyətinə görə qazanmışdır. İndi də Artemia xərçəngi ilə yaxından tanış olaq.

Bu cinsə mənsub olan xərçəngləronurğasız heyvanlar yarımaləminin Buğumayaqlılar (Arthropoda) tipinin, Qəlsəmətənəffüslülər (Branchiata) yarımtipinin, Xərçəngkimilər (Crustacea) sinfinin, Ayağıqəlsəməlilər (Branchiapoda) yarımsinfinin, eyniadlı dəstəsinin (Anostraca ), Artemyalar (Artemiidae) fəsiləsinə daxildir. Hazırda dünyada bu cinsin 7 əsas növü mövcuddur: A. tunisiana -Avropa və Şimali Afrikanın, A.species - Amerika, Asiya və Avropanın bir hissəsinin, A. franciana –Amerika və Avropanın bir hissəsinin, A. parthenogenetica -Avropa, Afrika, Asiya və Avstraliyanın, A. sinica -Mərkəzi Asiya və Çinin, A. persimilis –Argentinanın, A. urmiana- İran İR – nın duzlu sularında yayılmışlar. Azərbaycanın duzlu sularında bu cinsin növ mənsubiyyəti hələ tam dəqiqləşdirilməmiş bir növü yayılmışdır.

Göründüyü kimi Artemia xərçəngi Arktika və Antraktidadan başqa Dünyanın hər yerində, o cümlədən Avropanın cənubunda (Qara və Azov dənizi sahillərində olan şor sularda), Qərbi Sibirdə, Qazaxstanda , Orta Asiyada və Qafqazda və digər yerlərdə yayılıb. Xərçəng Abşeron yarımadasının duzlu göllərinin və Güney Azərbaycandakı su hövzələrini, o cümlədən Urmiya gölünün səciyyəvi canlı elementidir.

Yetkin fərdlərin ölçüsü adətən 0,8- 1,2 sm - dir. Baş qalxanı olmayan uzun bədənli ibtidai xərçənglərdəndir. Bədəni baş, döş və qarıncıq şöbələrindən ibarətdir. Qarıncıq iki buğumlu quyruqla qurtarır. Başın yanlarında saplaqlar üzərində yerləşmiş iki fasetli gözlər, alnında isə tək nauplial göz yerləşmişdir. Antenul, antenna və gözlər yerləşən başın ön hissəsi, çeynəyici çənələr olan arxa hissədən tikişlə ayrılır. Çeynəyici çənələr zəif inkişaf etmişdir, çənələrdə hiss çıxıntıları yoxdur. Döş 11 buğumdan ibarətdir, hər buğum ikişaxəli, bir çüt yarpaqşəkilli ayaqcıqlarla təchiz olunmuşdur. Onların hamısının quruluşu eyni olub,suda üzməyə və tənəffüsə xidmət edir. Qarınçıq 8 buğumdan ibarət olub, ayaqcıqlardan məhrumdur. Qarıncığın ilk iki seqmenti (buğum) bir –biri ilə birləşmiş halda olub, dişilərdə çıxarıcı kameranı, erkəklərdə isə cütləşmə orqanını daşıiyir (2). Quyruqcuq, üzərində cod tükcükləri olan iki uzun buğumdan ibarətdir. Ayrıcınslidirlər. Bir qayda olaraq erkəklər dişilərdən kiçikdir. Xarici görünüşünə görə erkəkləri dişilərdən çox asannlıqla fərqləndirmək mümkündür, belə ki, erkəklərdə bədənin baş hissəsində qarmaqşəkilli hərəkətli tutucu orqan –antenalar çox güclü inkişaf etmişdir. Dişilər yumurtaçıxarıcı kameraların mövcudluğu ilə fərqlənirlər.

Artemiya xərçəngiləri suda həll olmuş oksigenlə tənəffüs edirlər, ancaq onlar oksenlə o qədər də tələbkar deyillər. Yaşlı formalar üçün oksigenin suda konsentrasiya həddi çox aşağı olub 1 litrdə 0,5 milliqrama, nauplilər üçün isə bu hədd daha aşağı - litrdə 0,3 milliqrama bərabərdir. Artemiya xərçəngi 2 saata qədər anoerob şəraitdə də yaşaya bilir. Bu xərçəng xloridli, sulfatlı və karbonatlı su hövzələrində məskunlaşır. Həmin su hövzələrinidə isə düzluluq bəzən 300 promilə (‰- 1 litr suda duzun qramlarla miqdarı) çatır. Bəzi belə hiperqalin su hövzələrində Artemia xərçəngi canlılar aləminin yeganə təmsilçisi rolunu oynayır. Artemiya istisevən canlıdır. Onun həyatının aktiv fazası üçün 25- 28 ° C temperatur tələb olunur. Temperaturun aşağıya düşməsi ilə əlaqədar olaraq onun həyatı prosesləri zəifləməyə başlayır və 5 ° C- dən aşağı temperaturda o, bir qayda olaraq yaşaya bilmir, tələf olur. Artemia xərçəngi yuxarıda qeyd edildiyi kimi o qədər də tələbkar canlı deyil və o, duzlu suda yaşadığı kimi, şirin suda da müəyyən müddət – 10 – 15 günə qədər yaşaya bilir, məhs bu xüsusiyyətinə görə də ondan akvariumda saxlanılan şirin su balıqları üçün keyfiyyətli canlı yem kimi istifadə edilir.