vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AİLƏ  
23:29 | 14 avqust 2013 | Çərşənbə Məqaləyə 3645 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xoşbəxt evlilik üçün təkliflər...

... Və ya 29 qızıl qayda

azadqadin.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir yastıqda 40 il? Əlbəttə, evlənməyi planlaşdıran hər cütlüyün ən ürəkdən arzularıdır bir yastıqda yaşlanmaq. Düm ağ bir gəlinliklə addım atdığınız, çəhrayı xülyalarla başladığınız evlilik nağılının 40 il, 50 il, bütün bir həyat boyu olmasıdır Evlilik həyatı, həyatdakı digər bütün əlaqələr kimi hətta bəlkə daha da çox diqqət istər. Hər şeyin bir yolu, proseduru olduğu kimi, xoşbəxt və uzun bir evliliyin də qaydaları vardır.

Yaxşı, evlilik gəmisi bu uzun səfərdə necə irəliləyəcək? Daha əhəmiyyətlisi bir tərəfdən gəmini marşrutdan tutmağa çalışıb, digər tərəfdən mənzərənin dadını çıxarmağı bacara bilərikmi?
Sizə uzun və xoşbəxt bir evlilik yaşayan təcrübəli cütlüklərdən və əlaqə mövzusunda ixtisas təhsili almış kəslərdən zəmanətli və təsirli tövsiyələr təqdim edirəm.
  1. Bir-birinizin ən yaxın dostu olun. Ona qarşı dürüst olun. Ehtiyacı olduğunda yanında olun. Unutmayın, əslində hər biriniz bir digəri üçün oradadır. Heç bir şey bundan daha qiymətli ola bilməz.
  2. Heç vaxt kin saxlamayın. Gecələri yataq otağında birlikdə yatacağınızı və ya evin içində yenə baş-başa olacağınızı ağılınızdan çıxartmayın.
  3. Nizamlı olaraq ona «Necəsən? Özünü necə hiss edirsən?» suallarını soruşmağa laqeyd yanaşmayın.
  4. Lazımlı olduğu zaman etdiyinizdən əmin ola bilməniz baxımından, onun üçün əhəmiyyət daşıyan detalları mütləq öyrənin.
  5. Sadiqlik hissiylə eşq arasında necə bir fərq olduğunu bilməlisiniz. Eşq necə hiss etdiyinizlə əlaqədardır. Sadiqlik isə sevdikləriniz üçün nələr edə biləcəyinizlə əlaqədardır.
  6. Evliliyinizi bir problem olduğunda mütəxəssislərə məsləhət fikri sizi qorxutmasın. Evlilik məsləhətçiləri yoldaşınızla aranızdakı ola biləcək problemlərdə ünsiyyət qurmanızı asanlaşdırır.
  7. İkinizi maraqlandıran bir mövzuda cümləyə «Mən» sözü ilə başlamanız yoldaşınız tərəfindən təcavüzkar bir tutum kimi qəbul edilə bilər.
  8. Fikir ayrılıqları narahat edici deyil. Hətta yoldaşınızı daha yaxşı anlamanız üçün sizə fürsət yaradar. Onu diqqətli şəkildə dinləyin və tam olaraq nə demək istədiyini anlamağa çalışın.
  9. Bir mövzunu müzakirə edərkən yoldaşınızın sizə qarşı rəftarından narahat ola bilərsiniz. Bu kimi vəziyyətlərdə problem yaratmaqdansa mövzunu mümkün olduğu qədər qısa kəsməyə çalışın. Ona dönüb «Bu mövzunu burada bağlayaq» tərzi bir cümlə kifayət qədər təsir edici olacaq.
  10. Onunla əlaqədar gözəl şeylər düşündüyünüzdə bunu söyləyin. Dərhal söyləyək! Gözəl sözlər və iltifatlar sizin əlaqə bankınızdakı ən əhəmiyyətli investisiyadır.
  11. Aşiq olmaq həyatdakı ən gözəl mükafatdır. Bundan daha yaxşı olansa artıq həyatın çətinliklərinə qarşı tək başınıza deyil, cüt olaraq dura bilmək hissidir. Bu sözü unutmayın və hər nə olursa olsun daim onun yanında olduğunuzu bilməsini təmin edin.
  12. Anlaşmazlıqlarınız ola bilər. Əhəmiyyətli olan anlaşılmazlıqların varlığı deyil, onları həll edərkən əlaqənizi ən az təsir edən metoddan istifadə etməkdir.
  13. Yoldaşınızın ailəsi ilə gözəl əlaqələr qurmağı bacardığınızda onların sizi dəstəklədiyini və daha asan xoşbəxt olduğunuzu görərsiniz. Nəhayət, evlilik qərarı aldığınızda onun ailəsiylə də birlikdə olma qərarı alırsınız. Yoldaşınızın ailəsiylə yaxşı əlaqələr qurmağı bacardığınızda bu sizə öz əlaqənizin möhkəmləndirilməsi olaraq geri dönəcək.
  14. Evlilik qərarı alarkən «mən bu adamla həyatımı keçirə bilərəm, o mənim üçün doğru adamdır» hissi olmalıdır. Onunla evliliyi xəyal etdiyinizdə həyəcanlanmaq, ürəyinizin toqquşması lazımdır. Ən əhəmiyyətlisi «Mən, bu insanla evlənmək üçün önümə çıxa biləcək bütün çətinlikləri, mərhələləri və mümkün çətinliklərə sinə gələ bilərəmmi?» sualına «Bəli» deyə bilməkdir.
  15. «Evlənərkən bir gözünü bağla, evləndikdən sonra gözünü dörd aç!» yəni evlənərkən kiçik fərqləri görməməyə çalış, evləndikdən sonra bərabərliyi həyata keçirmək üçün çox çalış.
  16. Evlilikdə ən əhəmiyyətli şey sevgi və hörmətdir. Bu ikisi də olsa evliliyinizdə həll edilməyəcək problem yoxdur.
  17. Hər zaman ortaq qərar alın və aldığınız qərarlara ailələrinizi qarışdırmayın.
  18. Bir-birinizi həmişə ön planda tutun və bunu yoldaşınıza daim hiss etdirin.
  19. Bir-birinizin ailəsi haqqında pis danışmayın.
  20. Hər gün təzə bir başlanğıcdır. Hər yeni günə bu inancla başlayın və evliliyinizin illər keçdikcə köhnəlməsinə icazə verməyin.
  21. Uşaqlar olduqdan sonra həyatınızı uşaqlara görə dəyişdirib əlinizdən almayın. Ər-arvaddan biri uşaqlara çox düşkün olsa evliliyin tarazlığı pozular.
  22. Yoldaşınıza önəmliliyini və sevildiyini hiss etdirin. Bunun üçün böyük şeylərə ehtiyac yoxdur. Gün içində edəcəyiniz iltifatlar, söyləyəcəyiniz gözəl sözlər ona özünü çox xüsusi hiss etdirəcək.
  23. Hansı sözü və ya davranışı sizi incitmişdi? Keçmişdə sizi yaralayan və ya incidən hadisələrə geri dönüb birlikdə bir göz atın bəzən. Bunu zaman-zaman və öz növbəsində edin.
  24. Əlaqənizin gələcəyi haqqındakı ola biləcək planlarınızı danışın. Hələ sahib olmadığınız uşaq və səyahətlər kimi ...
  25. Əgər əlaqənizin müsbət şəkildə təsirlənəcəyinə əminsinizsə, nə dəyişmədən nə dəyişdirməkdən qorxmamalısınız.
  26. Evlilik yalnız birlikdə yaşamaq deyil. Onunla evli olmanın yanında sanki bir fəaliyyət yoldaşısınız kimi davranmağa nə deyirsiniz?
  27. Yaxşı ünsiyyət, yaxşı evlilik deməkdir. Yaxşı bir dinləyici olun. Söyləmək istədiyinizi birbaşa ifadə edin! Əgər ünsiyyət mövzusunda problem yaşayırsınızsa yoldaşınızla birlikdə kurslara gedin. İnanmayacaqsınız, amma indiki vaxtda dərhal hər mövzuda sizə yardımçı ola biləcək təlimatçı kurslar tapmaq mümkündür.
  28. Sizin üçün əhəmiyyətli olan kimi şeylər yoldaşınız üçün eyni əhəmiyyəti daşımaz. Bu vəziyyəti anlayışla qarşılamalı və xoşbəxt ola bilmək üçün ortalama bir yol tapmalısınız. Çünki, iki adam arasındakı xoşbəxtlik qarşıdakının istəklərinə hörmətli olmaqla yaxından əlaqədardır.
  29. Ruhi və fiziki sağlamlığınız mövzusunda danışın. Yaşadığınız depressiyalar, asılı olduğunuz şeylər, siqaret, spirt, qumar və s. mövzusunda mütləq dürüst olun. Bu cür mövzuları ən başdan danışmağa başlayın, çünki daha sonra öyrənildiklərində dağıdıcı olacaq mövzulardır bunlardır.