vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:10 | 15 dekabr 2016 | Cümə axşamı Məqaləyə 897 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gələn il Qarabağda yeni müharibə riski var...

Rusiya ilə NATO arasında da mümkün hərbi toqquşma ola bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ı nüfuzlu xarici əlaqələr Şurası («Council on Foreign Relations») gələn il Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yenidən başlayacağını proqnozlaşdırır.

Virtualaz.org xəbər verir ki, Şuranın analitiklərinin gələn il üçün mümkün hərbi risklər və bunun ABŞ-a mümkün təsirləri barədə hesabatında belə deyilir.

«Vasitəçilik səylərinin tamamilə iflasa uğraması, silahlanma yarışı və atəşkəsin tez-tez pozulması şəraitində Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlanması riski daim artır»-hesabatda deyilir.

Amerikalı analitiklərə görə əgər effektiv vasitəçilik səyləri göstərilməsə atəşkəsin pozulması və yeni impuls qazanan gərginlik Qarabağ münaqişəsini yenidən alovlandıracaq. Nəticədə Cənubi Qafqazda stabillik təhdid altında qalacaq. «Bu, həmçinin ABŞ-ın iqtisadi maraqlarına və dünya neft bazarlarına da təsir göstərə bilər»-hesabatda vurğulanır. Belə ki, analitiklər yeni müharibə nəticəsində Azərbaycanın neft-qaz ixracının dayana biləcəyini istisna etmirlər.

Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması riskini gələn ilin mümkün təhdidləri sırasına aid etsələr də analitiklər bunun Birləşmiş Ştatlara təsir səviyyəsinin o qədər də yüksək olmayacağını qeyd edirlər. ABŞ üçün ən ciddi hərbi təhdid isə Rusiya ilə NATO arasında mümkün hərbi toqquşma ola bilər.

«NATO üzvlərindən biri ilə Rusiyanın Şərqi Avropa istiqamətində aqressiv davranışları nəticəsində ya bilərəkdən, ya bilməyərəkdən toqquşmanın başlaması 2017-ci ilin başlıca təhdididir»-hesabatda deyilir.