vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
11:59 | 23 dekabr 2016 | Cümə Məqaləyə 1671 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

60 yaşlı siyasətşünas

Deportasiya Qurbanları Cəmiyyəti Eldar Namazovun yubileyi münasibətilə təbrik edir

Bu gün Eldar Namazov 60 illik yubileyini qeyd edir. Deportasiya Qurbanları Cəmiyyəti bu məqsədlə Eldar Namazovu təbrik edib. Təbrikdə Eldar Namazovun keçdiyi şərfli yol, göstərdiyi xidmətlər xüsusilə qeyd edilir. Vurğulanır ki, Eldar Namazovun tərcümeyi-halı həm də müasir Azərbaycan tarixinin tərkib hissəsidr: «Onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir. Bu xidmətləri saymaqla bitməz. Eldar Namazov təkcə Azərbaycanda deyil, dünya çapında tanınmış ictimai-siyasi xadimdir». Deportasiya Qurbanları Cəmiyyəti Eldar Namazovun bilik və təcrübəsinin bundan sonrakı dövrdə də Azərbaycan xalqının daha da güclənməsi, firavan yaşaması üçün sərf edəcəyinə əmin olduğunu qeyd edir, yubilyarı təbrik edir.

Xatırladaq ki, Eldar Namazov 23 dekabr 1956-cı ildə anadan olub. 1974 -1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetini bitirib. 1981-1985-ci illərdə Moskva Etnoqrafiya və Antropologiya İnstitutunda çalışıb, Fəlsəfə Elmləri Doktorudur. 1985-1991-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Etnososialogiya şöbəsinin müdir müavini, daha sonra Politologiya şöbəsinin müdiri vəzilərində çalışıb. Eyni zamanda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təsisçisi və rəhbəri olub. 1993-cü ilin sentyabr ayından 1999-cu ilin oktyabrına qədər Azərbaycan Respublikası prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) olub.

2001-ci ilin martı ayından «Azərbaycan Naminə» İctimai Forumunun prezidentidir. Mərkəzi tədqiqat, ictimai siyasət, layihə rəhbərliyi, xarici siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, Azərbaycanda siyasi və iqtisadi islahatların aparılması üzrə işlər aparır.