Neft Fondu, Mərkəzi Bank və … eşşəklər
Arpanı necə bölürsən böl, ən azı biri eşşəkliyinə salıb səni ...
Əkrəm HƏSƏNOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Növbəti 5 ildə necə olacaq?
Neft gəlirlərimiz haqda düşüncələr ...
-
AMB uçot dərəcəsini endirib
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
-
“Neftsizliyə” immunitet ...
Xərclərə ciddi və şəffaf nəzarət hər şeydən önəmlidir
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
“Xahiş edirik ...”
Mərkəzi Bankdan xəbərdarlıq
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Mərkəzi Bankın qanunsuz kreditləri
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
-
Fondun mənfəəti astronomik artıb
3 ay ərzində illik proqnozun 45 faizi yerinə yetirlib
-
Mərkəzi banka yeni sədr təyin olundu
Taleh Kazımovun dosyesi...
-
Rəqəmsal bankçılığın əngəli qalxdı
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
-
Bank sektorunda canlanma gözlənilir
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
-
ARKM sözünü tutmur
Mərkəzi Bank Konstitusiya Məhkəməsinin qərarlarını qabaqcadan necə bilir?
-
“İlk 10-luqda olmayıblar”
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
-
Manatın materialı dəyişəcək
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
-
Başbankirin sevmədiyi kəlmə
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
-
Xaricdən göndərilən pulda artım
Bu rəqəm ötən ilə nisbətən 225, 2016-dan isə 391 milyon dollar çoxdur
Cənab Prezidentin dünən «özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr» haqda danışarkən «İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir» atalar sözünü xatırlamasının, zənnimcə, dərin siyasi mənası var. Təbii, söhbət xarici siyasətdən, yəni başda Barak Obama və Hillari Klinton olmaqla ABŞ-ın demokrat ulaqlarından getmir. Sırf daxili siyasət məsələsidir.
Belə ki, «eşşək» elə bizim orta statistik məmurumuzdur. Belələrinin arasında arpanı heç Nobel mükafatı laureatı olan iqtisadçı da bölə bilməz. Riyazi qanunlar burada işləmir! Necə bölürsən böl, ən azı biri eşşəkliyinə salıb səni «neprav» çıxardacaq, narazı qalacaq, qeyri-loyal olacaq. Burada siyasi məharət tələb olunur!
Digər tərəfdən, yəqin, təsadüfi deyil ki, Prezidentin çıxışı onun tərəfindən Neft Fondunun büdcəsinin təsdiqi ilə eyni gündə olub. Belə ki, həmin büdcəyə əsasən il ərzində Neft Fondunun Mərkəzi Banka transfertinin çox yüksək yuxarı həddi müəyyən olunub: 7,5 milyard manat. Yəni il ərzində Neft Fondu 8,37 milyard manat qazanacaq və onun az qala hamısını Mərkəzi Banka ötürəcək. Belə olduğu təqdirdə, Neft Fonduna nə ehtiyac var?
Neft Fondu fəaliyyətinə 2001-ci ildən başlayıb. Onadək valyuta ehtiyatlarımızı yalnız Mərkəzi Bank idarə edirdi. Sonra isə «arpa» bu iki qurum arasında bölündü. Lakin cari vəziyyətdə bu bölgü əhəmiyyətini itirir. Neft Fondu vəsaitini nəticədə Mərkəzi Banka ötürürsə, deməli, Fonda ehtiyac qalmır. Təsdiq edilmiş smetaya əsasən Neft Fondunun fəaliyyətinə bu il 32,5 milyon manatdan çox vəsait xərclənəcək. Nəyə görə? Qazandığını Mərkəzi Banka ötürməsinə görə? Bəlkə elə Neft Fondunun vəsaiti əvvəlki kimi tamamilə Mərkəzi Banka verilsin və o da onu öz ehtiyatlarına qatıb idarə etsin? 32,5 milyon manatdan çox vəsaitə də qənaət edilsin. Onsuz da Mərkəzi Bankın nəzarət səlahiyyəti əlindən alınandan sonra işi azalıb, binası isə əvvəlki kimi iri, bekar qalmış işçilərinin sayı isə çoxdur. Qoy neft gəlirlərini də idarə etsin! Yəni gəlin «eşşəkləri» birləşdirək və «arpanı» bölmək zərurəti aradan qalxsın.
Əlbəttə, bu halda kadr məsələsi aktuallaşacaq. Birləşmiş quruma kim rəhbərlik etsin: Elman Rüstəmov, yoxsa Şahmar Mövsümov? Hər ikisi ilə Mərkəzi Bankda işləmişəm. Oradakı həmkarlarım arasında belə bir fikir var idi ki, Elman Rüstəmova ən çox bənzəyən Şahmar Mövsümovdur. Odur ki, fərqi yoxdur. Əsas odur ki, «arpa» vahid əldə cəmləşsin…