Belə də yox...
U-19-un Sankt-Peterburqdakı çıxışına sözardı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Düyməni eyni yerdən basırlar”
“Neft çıxaranda Azərbaycan təhlükəli deyildi, amma ...?”
-
“Azarkeşlərin isti qarşılanacaqlarına inanıram”
Britaniya səfiri Bakıda keçiriləcək Avropa Liqasının finalı haqda
-
“Bakıya uçuşlar ətraf mühitə zərər vuracaq”
İngiltərə KİV-i sayıqlamaları, Kloppun cahilliyi
-
İngilislərin səhvi
Final günü dünya bizi dinləyib və bizi eşidəcək
-
Əsas təhlükəsizlikdir
UEFA Bakının “qara qaşına-gözünə” vurulmayıb
-
Finala azı 30 min azarkeş gəlir
Bakıda ərəbləri avropalılar əvəz edəcək
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
Bir möcüzə baş verib, əsas milli 3 oyuna 7 xal toplayır, millət ellikcə dünya çempionatının final mərhələsinə düşməklə bağlı boş xəyallara qapılır. Şimali irlandlar 4 cavabsız qol vurub ayıldır bizi...
Elə bil hamımıza mesaj verirlər ki, gedin, olmayan futbolunuzu düzəldin.
Bizsə ellikcə «Niyə də yox?» deyib mundiallar barədə nağıl yaradırıq.
Pafos, şüarçılıq qanımıza hopub.
Real işə gələndə isə... A, B, C... Əlifbamızda hansı hərflə başlayan millimiz varsa, hamısının nəticəsi bir-birinin tayıdı.
Millinin o epizodik uğuru, «Qarabağ»la «Qəbələ»nin Avroliqanın qrupuna düşməsi aldadıcıdı. Gerçəklik budu ki, ölkədə uşaq futbolu batıb gedir. Bir tək «Qəbələ» Futbol Akademiyasını çıxmaqla bu istiqamətdə heç kim ciddi addım atmır. «Qəbələ»dən savayı akademiyası olan digər klubumuz «Bakı» idi. Hafiz Məmmədovla bağlı məlum səbəblərdən o akademiya da məhv olub getdi. Halbuki onu sonradan saxlamaq da olardı. Orada çalışan 10 məşqçinin hər birinə ayda cəmi 500 manat verməklə! Aya cəmi 5 min manat pul edir bu. AFFA-nın aşağı yaş qrupları üzrə komandalara doldurduğu yararsız legionerlərin bir tək bilet puluna xərclənən pullar bundan çoxdur... Amma nə İdman Nazirliyi, nə də illik büdcəsi 20 milyondan çox olan AFFA uşaq futbolunu xilas etmək üçün yardım əlini uzatdı bu kluba.
Bizsə «Niyə də yox?» deyib guya yaxşı gələcək qururuq.
Baxın, üzdə olan klublarımıza, elə lider «Qarabağ»a da. Bu klubun aşağı yaş qrupu üzrə komandalarının sonuncu dəfə əsas komandaya verdiyi normal oyunçular kim olub? Uzun illərdi gözümüzün qabağında olan Maksim Medvedyev, Əfran İsmayılov, Rauf Əliyev və Qara Qarayev. Vəssalam! Qaradan sonra, yəni son 4-5 ildə «Qarabağ»dan aşağı yaş qrupundan kəşf sayıla biləcəyimiz 1 oyunçu belə çıxmayıb.
Bəs ulu klubumuz «Neftçi? Ordan çıxanların da sonradan ya ayağında problem olur, ya da başında...
Və bütün bunlardan sonra biz yenə də xəyallarımızdan əl çəkməyib, deyirik: «Niyə də yox?».
Çönüb uşaq futboluna baxaq...
Heç olmasa bir dəfə də, həmkarım Tural Xudiyev demiş, «Belə də yox» deyək...
Nə iş görür AFFA, klublar, aşağı yaş qrupu üzrə komandaların məşqçiləri? Son 10 ildə guya futbolun inkişafı adı ilə 1 milyarddan çox pul xərclənib. Bəs, hanı o 1 milyardın qarşılığında xaricə çıxarmağa potensialı olan oyunçumuz?
Yoxdu axı...
Yetişmir. Yetişdirə bilmirlər. Nə bacarıqları var, nə də futbol savadları. Bu adamlar adi futbol suallarına cavab verə bilmirlər, imtahandan kəsilirlər, sonra tarixə düşməkdən danışırlar.
Tarix yazmaq hələ ki, bizim futbol adamlarının (əksəriyyətinin!) başına görə deyil. Bizdə futbola yarayan baş olsaydı...
Sizi gələcəyimiz olan aşağı yaş qrupu üzrə komandalarımızın 2009-cu ildən üzü bəri Piterdə keçirilən turnirdəki nəticələri ilə baş-başa buraxıram. Hələ də «Niyə də yox?» deyib feyziyab olaq.
16 komanda arasında...
2009-cu il. 7-ci yer
2010. 5-ci yer
2011. 7-ci yer
2012. 12-ci yer
2013. 12-ci yer
2014. 13-cü yer
2015-ci. 5-ci yer
2016. 8-ci yer
2017-ci il. Qrupda sonuncu yer.