Pensiyaların baza hissəsi ləğv olunur...
Pensiyaçıları nə gözləyir...?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin pensiya yaşını artırır
Könüllük əsasında ...
-
Pensiyalar nə qədər artacaq?
Hər 100 manata ...
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Pensiya amnistiyası uzadıldı
Dəyişiklik təqaüdçülərə nə vəd edir?
-
Pensiyalar nə qədər artacaq?
“Vahid indeksasiya metodu ilə hesablama inflyasiyanın nəzərə alınmasına imkan verəcək ...”
-
Təqaüd yaşında güzəştlər kimlərə aid olacaq?
Pensiyası haqqında qanunda dəyişiklik təsdiqləndi
-
Dar çərçivədən çıxacaq...
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair meyarlar gələn aydan dəyişir
-
“Ötür-ötür oyunu” ...
Avtoqəzada ayağını itirənlə müharibədə şikəst olanlar arasında fərq qoyulmur
-
“Şəhid ailələrinin qapısına piyada gəlməli idi”
Şəhid generalın anasından Sahil Babayevə sərt sözlər
-
Nə istəyirlər, verin!
Onlar bunu ömürlərinin sonuna qədər haqq ediblər
-
Təqaüd yaşı kimlər üçün endirildi?
“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik haqqında...
-
Pensiyalarla bağlı vacib qanun
Vəfat edən ailə başçısının təqaüdü ailə üzvləri arasında bölüşdürüləcək
-
ƏJDƏR 8,5 il həbsdə OLacaq
ƏƏSMN Aparat rəhbərinin 2 milyonluq əmlakı üzə çıxıb
-
Vəfat edən şəxsin pensiya kapitalı hara xərclənir?
Bu məsələ Milli Məclisdə dinləmələrə çıxarılacaq
-
Artımlar nə qədər olacaq?
Millət vəkili pensiya sərəncamını şərh etdi
-
Pensiyalar artırılır
Prezident sərəncam imzalayıb
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə pensiya islahatına dair parlamentə təqdim edilmiş yeni təkliflər paketinin məğzini açıqlayıb.
Virtualaz.org xəbər verir ki, nazir jurnalistlərə bildirib ki, «Əmək pensiyaları haqqında» qanun layihəsinə təklif edilən yeni düzəlişlərə fevralın 3-də Milli Məclisin müvafiq komitəsində baxılacaq. «Bu layihə pensiya sistemində islahatlar Konsepsiyasına əsaslanır» - nazir bildirib.
Səlim Müslümovun bildirdiyinə görə dəyişikliklər pensiyaların minimal ölçüsünün tətbiq edilməsini nəzərdə tutur. «Biz qanuna yeni element daxil edirik-minimal pensiya məbləği. Əgər pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə o zaman iş stajından asılı olmayaraq ona pensiya təyin olunacaq. Əks halda iş stajına baxılacaq. Əgər işçinin 25 illik iş stajı varsa biz sistemin vəsaitləri hesabına ona minimal pensiya təyin edəcəyik»-Səlim Müslümov bildirib.
Nazirin açıqladığına görə əsas dəyişikliklərdən biri də «pensiyaların baza hissəsi» anlayışının ləğv edilməsidir. S.Müslümov qeyd edib ki, nəticədə pensiya sistemi tamamilə sığorta prinsipinə keçəcək. «Pensiyalar ancaq işçinin fərdi hesabında yığılmış vəsaitlərdən çıxış edərək təyin olunacaq» - nazir deyib.
Hazırda Azərbaycanda əmək pensiyası iki hissədən ibarətdir-baza və sığorta hissəsi. Baza hissəsi 110 manatdır və dövlət büdcəsi hesabına maliyyələşdirilir. Yeni dəyişikliklər qüvvəyə minəndən sonra isə dövlət pensiyaçılara büdcədən ödəmələri dayandırmış olacaq, yəni pensiyalar işçinin sığorta hesabında yığılmış vəsaitdən ödəniləcək.
Belə çıxır ki, sığorta hesabında kifayət qədər vəsait olmayanlar gələcəkdə daha az pensiya alacaqlar, yaxud ümumiyyətlə ala bilməyəcəklər. Əslində pensiyaların baza hissəsindən imtina edilməsi 2009-2015-ci illərdə pensiya-sığorta sistemində islahatlara dair Dövlət Proqramında əksini tapmışdı. Həmin proqramda göstərilirdi ki, müəyyən müddətdən sonra sığorta ödəmələri, işçilərin əmək haqlarının leqallaşması, fərdi uçot sistemi üzrə qeydiyyata alınanların sayının artması pensiyaların ödənilməsi üçün dövlət büdcəsindən transfertləri dayandırmağa imkan yaradacaq.