vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
15:23 | 2 fevral 2017 | Cümə axşamı Məqaləyə 1007 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əli Həsənov Səudiyyə Ərəbistanı Kralı ilə görüşdü

Salman bin Əbdüləlziz Al Səud Preizdentin köməkçisini qəbul etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanına işgüzar səfərə gedib. Səfər əsnasında bir neçə vacib görüşlər keçirib, həmçinin təkcə bu ölkədə deyil, ümumiyyətlə bütün Şərqdə və dünyada məşhur xəbər agenliklərini, o cümlədən Səudiyyə Xəbər Agentliyini ziyarət edib.

Dünən (fevralın 1-də) Prezidentin köməkçisi Əli Həsənov Ər-Riyadda İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

AzərTAc xəbər verir ki, Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda çatdırıb. Prezidentin köməkçisi dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu söyləyib.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Prezidentin köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanına səfərə dəvətə görə Kral Salman bin Əbdüləziz Al Səuda və mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tureyfiyə təşəkkürünü bildirib.