vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TƏHSİL, DİN  
15:55 | 7 noyabr 2013 | Cümə axşamı Məqaləyə 1816 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vəhhabilik Azərbaycanda ayaq atıb yeriyə bilməz»

Rəbiyyət Aslanova: «Bizi belə təhlükənin varlığı ilə qorxuda bilməzlər»

Aytən ƏLİYEVA, modern.az

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycana müdaxilə etmək istəyən zərərli təriqətlərin bugünkü reallıqda insanlarımızın həyatında hansısa rol oynaması mümkün deyil və belə bir təhlükə yoxdur. Kimlərsə Azərbaycan insanı belə təhlükənin varlığı ilə qorxuda da bilməz».

Bu sözləri Milli Məclis İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Azərbaycanda vəhhabiliyin ölkədə təhlükə yaratmasına münasibət bildirərkən deyib. «Azərbaycanda dini ayinlərin, dini mərasimlərin, dini inamın gerçəkləşməsi qanunvericiliklə tənzimlənir və həyata keçirilir. Bu baxımdan Azərbaycanda insanların dini inanclarını məhdudlaşdıra bilən müddəa yoxdur. Hər bir Azərbaycan vətəndaşı istədiyi dinə etiqad edir. Bu baxımdan ölkədə dini obyektlər fəaliyyət göstərir,  müxtəlif dinlərin davamçıları yaşayır. Həmin gerçəklik o qədər sivil qaydaya uyğun tənzimlənir ki, burada hansısa təhlükənin olmasına imkan yoxdur».
R. Aslanova hesab edir ki, zərərli təriqətlərin insanların həyatında müəyyən rol oynaması mümkün deyil. «1992-ci ildə qəbul edilmiş «Dini etiqad azadlığı haqqında» Qanuna beş il sonra ciddi əlavələr edildi və zərərli təriqətlərin Azərbaycandakı fəaliyyəti birdəfəlik dayandırıldı. Azərbaycan insanı seçimində azaddır, lakin onun böyüklüyü də ondadır ki, o düzgün seçim edir. Doğrudur, müxtəlif ölkələrə sirayət etmək istəyən təhlükələr var. Ancaq İslam dəyərlərini gözəl bilən Azərbaycan insanın milli mənəvi müqavimət qüvvəsi var və onlara da qarşı müqavimət göstərilə bilir. Vəhhabilik və ya digər təriqətlər o zaman məkanda yer tuta bilər ki, dindar onların mahiyyətini anlamamış olsun. Bu gün ancaq əsl dindarın, dini dəyələri yüksək tutan insanların bunları müqayisə etmək imkanı varsa, elə təhlükələrin olmasından qorxmaq lazım deyil və Azərbaycan dindarı o təhlükələri dəf etmək iqtidarındadır. Bu baxımdan belə təhlükələr ayaq alıb yeriyə bilməz».