vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
17:23 | 19 noyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 2170 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Viza rejimi qalxır

Hələlik diplomatik və xidməti pasportları olanlar üçün

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın zamanlarda diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşları üçün viza rejimi asanlaşdırılacaq. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə açıqlamasında deyib ki, çox yaxın zamanlarda diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşlarının İsrailə vizasız gediş-gəlişi ilə bağlı müvafiq müqavilə imzalanacaq.

«Hazırda çoxlu sayda azərbaycanlılar İsrailə səfər edir. Biz hər ölkə ilə vizanın aradan qaldırılması məsələsini gündəmə gətirmirik. Lakin Azərbaycan bizim üçün çox önəmli olduğundan, çox yaxın zamanlarda vizasız gediş-gəliş məsələsi həll olunacaq». İsraildən Azərbaycana hər hansı səfərin gözlənilməsinə gəlincə, səfir qeyd edib ki, paytaxtda keçiriləcək «Bakutel» sərgisində İsrail şirkətləri iştirak edəcək. Bu il Bakıda keçirilən Bakı Humanitar Forumunda Nobel laureatı olan 3 israillinin iştirak etdiyini deyən səfiri qeyd edib ki, gələcək illərdə onların sayı daha da artacaq.