897 məişət cinayəti törədilib
Azərbaycanda 102 kişi qadın zorakılığına məruz qalıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnsan ömrü uzanır
100 yaşdan yuxarı əhalinin sayında rekord artım
-
Təbliğat planı baş tutmadı
Kəndə köçüb uşaq dünyaya gətirəcək qadınlara 7 min manat mükafat vəd edilirdi
-
Gəncləri komplekslərdən necə qoruyaq?
Qızların və cavan qadınların yarısı plastik əməliyyat haqqında düşünür
-
Niyə ailə qurmaq istərmirsən?
Hökumət gənclər arasında evliliklə bağlı təbliğat və təşviqat işlərini gücləndirib
-
Sudan gələn sürməli qız
Azərbaycanda ailə qurmaq üçün mövcud olmuş qeyri adi adət
-
Milyonluq təşviq
Cənubi Koreya hökuməti hər doğulan körpə üçün fantastik məbləğ təklif edir
-
Selülitin xeyri ...
Bir çox xəstəliklərə tutulma riskini azaldır
-
Küy kampaniyası ...
... Yaxud “məni istəyən aşığa xələt versin” çağırışı
-
Silikona səcdə?!
Eyni paltarı geyinməyə dözməyən qadınların əksəriyyətinin sifətləri eynidir
-
“Açıq-saçıq gəzməsəydilər, ət bahalanmazdı”
Molla qadınların dar paltar geyinməsinin qarşısını almağa çağırıb
-
Menopauzayla bağlı tabular yıxılır
“Bu, adətən, pıçıltıyla deyilən, amma paylaşılmayan təcrübədir”
-
Binəva mənzərə ...
... Yaxud ağrı ilə nifrətin düz mütənasibliyi
-
Maşın-maşın cehizi var ...
Cehiz aparan qızın atası borcda, cehizsiz qız isə qayınana hədəfində - ailələri çökdürən səbəb
-
Uşaqların tərbiyəsi ilə bağlı 7 müdrik qayda
Yəhudilərdən öyrənməyə dəyər
-
Azzarla, çorla böyüyən uşaqların sonu...
(Bu mövzuda yazı istəyənlər üçün)
-
«Azərbaycanın 10 faizi sahibkardır»
İqtisadiyyat Nazirliyi «Kiçik sahibkarlığa dəstək» konfransı keçirdi
«Ötən il Azərbaycanda 102 kişi məişət zorakılığına məruz qalıb». Lent.az-ın məlumatına görə, bunu «Report»a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
O bildirib ki, Azərbaycanda 2016-cı ildə 897 məişət zorakılığı ilə bağlı cinayət hadisəsi qeydə alınıb: «Bunun nəticəsində 791 qadın, 4 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib, 29 qadın isə öldürülüb».
Komitə rəsmisi qeyd edib ki, 2016-cı ildə Azərbaycanda 4 114 münaqişəli ailə qeydiyyata götürülüb: «Həmin ailələrlə profilaktik iş aparılmalıdır».
Şöbə müdirinin sözlərinə görə, münaqişəli ailələr ölkənin bütün regionlarında olsa da, onlar Bakıda daha çox üstünlük təşkil edir: «Məişət zorakılığından əziyyət çəkənlər dövlət qurumlarına gec müraciət edirlər. Səbr etməyə üstünlük verirlər. Vəziyyət ağırlaşanda, qarşı tərəf ağır zorakılıq hallarına keçəndən sonra dövlət qurumlarına müraciət olunur. Ancaq müraciətlər o vaxt olur ki, artıq ailəni qorumaq, həmin şəxslərin bir yerdə yaşaması mümkün olmur».
T.İbrahimova bildirib ki, komitənin məqsədi qeyd olunan sahədə profilaktik işlərin gücləndirilməsidir: «Hər bir rayonda, ərazidə, kənddə dövlət orqanları bu istiqamətdə profilaktik işləri gücləndirməlidir. Hər bir şəxs bilməlidir ki, ailədə digər şəxs qarşısındakının hüququnu pozarsa, ona qarşı zorakılıq əməli törədərsə onu nələr gözləyir. Bu barədə hamı məlumatlandırılmalıdır. Azərbaycanda bununla bağlı qanunvericilik bazası var. 2010-cu ildə «Məişət zorakılığının qarşısının alınması haqqında» qanun qəbul edilib. Həmin qanunda profilaktik işlərə xüsusi önəm verilir. Qanunda və bizim işimizdə məqsəd o deyil ki, kimsə cəzalandırılsın və ailə dağılsın. Məqsəd bu halların aradan qaldırılması, buna səbəb olanlara qarşı lazımi tədbirlər görülməlidir. Zorakılığı törədən şəxslər qeydiyyata alınmalıdır və onlarla profilaktik işlər aparılmalıdır. Bunu yerli icra hakimiyyəti orqanları aparmalıdır».