vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SAĞLAMLIQ  
17:34 | 4 aprel 2022 | Bazar ertəsi Məqaləyə 1526 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Menopauzayla bağlı tabular yıxılır

“Bu, adətən, pıçıltıyla deyilən, amma paylaşılmayan təcrübədir”

MÖVZU İLƏ ƏLAQƏLİ

Menopauza qadınların həyatına narahatlıq, qəzəb, yaddaş problemləri, nizamsız və ağır menstruasiya günləri kimi 40 fərqli əlamətlə daxil olur.

Əksər qadınlar bu dövrdə özlərini tək hiss edirlər; kimdən, haradan və necə kömək alacaqlarını bilmirlər.

Jurnalist Aleks Poup menopauza dövründə qadınların həyatını asanlaşdırmağın bir yolu olub-olmadığını araşdırıb.

İzabel Kellidə perimenopauza (menopauzadan əvvəlki dövr) 30 yaşlarında başlayıb.

42 yaşına çatanda istilik basma halları dözülməz səviyyəyə çatıb - qarnı tez-tez şişib, ən gözlənilməz anlarda elektrik vurmuş kimi olub.

Bir çox həmcinsi kimi o da ailə həkiminə müraciət edib.

Britaniyanın Bedford şəhərində yaşayan Kelli həkimə deyib ki, dəli olub-olmadığını bilmək istəyir.

Əks cinsə mənsub olan həkimin təklif etdiyi yeganə variant əvəzedici hormon terapiyası kimi tanınan menopauza hormon terapiyası olub.

Sonra bir dostu Kelliyə Bedfordda çox da məşhur olmayan bir klinika haqqında danışıb.

Vaxtilə özü də menopauzayla mübarizə aparmış baş tibb bacısı Lesli Kuinn bu müəssisəni 2020-ci ilin fevral ayında açıb.

“Bedford Doctors on Call” (“Bedoc”) adlı QHT tərəfindən idarə olunan klinika Britaniya Milli Səhiyyə Sistemi nəzdində fəaliyyət göstərən nadir tibb mərkəzlərindən biridir.

Mərkəz əvvəlcə yalnız altı xəstə qəbul edib, iki il sonra bu rəqəm 31-ə yüksəlib, 27 nəfərəsə kənardan nəzarət edilib.

Kelli bu klinikanın ilk xəstələrindən biridir.

***

Lesli ilə tanış olmaq və hormon terapiyasından vaz keçmək Kellinin həyatında dönüş nöqtəsi olub.

Klinikaya ilk gedişindən bir ay sonra yuxu problemi və dərisindəki qaşıntı aradan qalxıb.

Qadınların menopauza əlamətləri haqqında açıq danışmasının vacib olduğunu vurğulayan Kelli deyir ki, “Həyatın bu dövrü hələ də tabu hesab olunur”.

Menopauzayla bağlı problemlərindən öz “İnstaqram” səhifəsində də yazan Kelliyə yüzlərlə qadından mesaj gəlib, onlar da eyni problemlərlə üzləşdiklərini yazıblar.

54 yaşlı Sam Prays onda “insanların üzünə yumruq vurmaq istəyəcək səviyyədə” qəzəb, gecələr tərləmə, istilik basmaları və emosional diskomfort kimi əlamətlər olduğunu bildirib. O, ailə həkimindən lazımi dəstəyi ala bilmədiyini qeyd edib.

Praysın sözlərinə görə, dostları, ailəsi, iş yerindəki rəhbərləri və tibb mütəxəssisləriylə söhbətlər problemin həllinə kömək edib; sənədli film prodüseri Davina MakKolun menopauza haqqında filminə baxdıqdan sonrasa məsələni həmkarlarıyla müzakirə edib və iş yerində bununla bağlı siyasətin dəyişməsinə nail olub.

Nəticə etibarilə ofisdə istiliyin azaldılması, vəzifələrin dəyişdirilməsinə icazə verilməsi, işçilərə gün ərzində paltarlarını dəyişmək üçün yer ayrılması kimi yeniliklər baş verib.

“Danışın, kənara qoyduğunuz sualları səsləndirin. Söhbət orqanizminizin tələblərini dinləməkdən gedir”, - psixoterapevt Reyçl Yonq belə deyir.

Onun sözlərinə görə, bir neçə il əvvəl əqli sağlamlıq mövzusu hansı səviyyədəydisə, klimaks mövzusu da bu gün o yerdədir:

“Bu haqda danışan ilk nəsilik. Bu, adətən, pıçıltıyla deyilən, amma paylaşılmayan təcrübədir”.

Menopauzayla bağlı davranışın dəyişməsinə ehtiyac olduğunu deyən Kelli bəzi dəyişikliklərin artıq baş verdiyini qeyd edir:

“Əvvəllər bunun məndəki kimi 30-40 yaşlarında yox, 50-60 yaşlarında olacağını düşünürdünüz. Bu mövzuda danışmağa başlamasanız, necə yardım ala bilərsiniz?”