vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
22:04 | 30 aprel 2017 | Bazar Məqaləyə 2131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ETTELAAT hər yerə müdaxilə edir

Urmiya Sənaye Universitetində «Türkcə bitik» kitab sərgisinin keçirilməsinə mane oldular

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiya Universitetinin Təhlükəsizlik Bölümü (Hərasət) ETTELAAT İdarəsinin göstərişi ilə Urmiya Sənaye Universitetində «Türkcə bitik» kitab sərgisinin keçirilməsinə mane olub.

Əldə etdiyimiz məlumata görə, sərginin keçirilməsi üçün universitetin səlahiyyətli şəxslərindən icazə alınıb, buna baxmayaraq Təhlükəsizlik Bölümü sərginin keçirilməsinə imkan verməyib. Buna səbəb kimi, sərgidə təqdim olunacaq kitabların araşdırılması üçün daha çox vaxta ehtiyac olduğu göstərilib.

Məlumata görə, sərginin bir neçə gün sonra keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, İranda türk dilində yazılan kitablarla bağlı hər zaman problemlər yaşanır. Bu problemlər kitabların müəllifindən tutmuş, onların satışı, sərgilərdə nümayiş etdirilməsi, çap olunması və s. kimi sahələri əhatə edir.